Ölkə futbolu
Fariz Nəcəfov: “Hakim göstərdi ki, rəqibin qələbəsi üçün hər şey edəcək” (MÜSAHİBƏ)
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi
- Topaz Premyer Liqasının XIII turu başa çatdı və komandanız mövsümdə ilk dəfə liderliyi əldən verdi. Bu, həm də, çempionatdakı ilk məğlubiyyətinizlə müşayiət olundu...
- Hər şeydən əvvəl onu deyim ki, mən komandamı məğlub hesab etmirəm. Futbolçuların hər biri layiqli oyun sərgilədi, məşqçinin verdiyi bütün tapşırıqları tam yerinə yetirdilər. Təəssüf edirəm. Bu klubu qurmağımızın 10 ili yenicə tamam olub. Qısa zaman kəsiyində ölkə futboluna çox yeniliklər gətirmişik. Bunlardan hər biriniz xəbərdarsınız. Amma, məncə, gətirdiyimiz ən vacib yenilik pərdəarxası oyunlara qol qoymamağımızdı. Biz həmişə oyunumuzu meydançada, 90 dəqiqə ərzində oynamışıq. Belə vacib oyunda bu qədər səhvə yol vermək olmaz. Bu səhvlərə görə cavabdeh olan şəxslər ictimaiyyət qarşısına çıxıb üzr istəməli, üzərlərinə düşən işi yerinə yetirə bilmədiklərini etiraf etməlidirlər. Öz xoşları ilə etmirlərsə, rəhbərləri ölçü götürməlidi.
- Belə başa düşürük ki, məğlubiyyətinin məsuliyyətini tamamilə hakimlərin üzərinə atırsınız.
- Mən, həqiqətən də, özümüzdə də səhvlər axtarmağa çalışıram, lakin bu oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini düşünürəm. Biz rəqibin oyun tərzini bilirik və taktikamızı məhz bu tərzə görə müəyyənləşdirmişdik. Gördüyünüz kimi, hakimlərin qəti müdaxiləsinə qədər taktikamız özünü doğruldurdu. Qapımıza penalti təyin olunana kimi dəfələrlə bizə qarşı qayda pozuntuları qeydə alınmışdı, amma bu hallar belə bizim mübarizliyimizə xələl gətirmir, sanki futbolçular həm də hakimlərə qarşı oynamaqdan bir az da həvəslənirdilər. Hətta haqsız penaltinin, təəssüf ki, qola çevrilməsindən sonra belə, komanda öz oyununu itirməmişdi. Məhz oyunun bitməsinə 1 dəqiqədən də az qalan vaxtda rəqibin 20 nömrəli futbolçusunun (Riçard Almeyda - red) inamsız ötürmə verməsi, Ozobiçin topu yaxalayaraq hücuma atılması bu dediyimi sübut edir. Belə epizodlarda psixoloji durum önəmli rol oynayır. Özüm də idmançı olmuşam, çox vacib görüşlərə çıxmışam. İdmançının hakimin antipatiyasını hiss etməsi, doğrudan da, həmin an üçün həlledici olur. Diqqət etsəniz, Almeydanın qırmızı vərəqə aldığı vaxtda oyunun bitməsinə 20 saniyə qalır. Bizim cərimə zərbəsini yerinə yetirdiyimiz andan qolun vurulmasına qədər olan müddət isə 1 dəqiqə 20 saniyədi. Yəni, hakim oyunu 1 dəqiqə artıq oynadır. Gözləri hakimin fitində olan futbolçularımız həmin taleyüklü 1 dəqiqənin içində oyunun bir neçə dəfə başa çatacağını gözlədikləri üçün diqqətləri yayınır və beləcə, rəqibin növbəti qolu vurmasına şərait yaranır. Komandamız əslində, baş hakimə qarşı da ciddi müqavimət göstərdi, amma hakim hər hərəkəti ilə göstərdi ki, rəqibin qələbəsi üçün hər şey edəcək, etdi də. İşini başa vuran kimi oyunu da bitirdi.
- Dediyiniz məqamlarla yanaşı, hakim qırmızı vərəqə almış Riçard Almeydanın meydançanı tam tərk etməsini gözləməli, həmçinin, hesab 2:1 olarkən “Qəbələ”nin mərkəzdən oyunu başlamasından sonra final fitini verməli idi. Bu məqamlar oyun qaydalarının pozulmasıdı və matçın yenidən keçirilməsi tələb etməyinizə səbəb ola bilər.
- Əvvəla onu deyim ki, buraxdığı səhvlərin fərqində olduğuna görə baş hakimin özünüidarəni itirdiyi kənardan asanlıqla sezilirdi. Lakin FIFA referisi bu qədər kobud səhvlərə, xüsusilə, belə oyunlarda yol verməməlidi. Dünən oyundan sonra ümid edirdim və gözləyirdim ki, PFL və Hakimlər Komitəsi tərəfindən günahkar hakimlərin hər biri həm layiqli cəzalarını alacaqlar, həm də ali futbol qurumu bu qərəzin nədən doğduğunu aydınlaşdırmağa çalışacaq. Amma bu gün həm PFL rəhbəri Ramin Musayev, həm də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdə hakimi müdafiə etmələri dünənki idarəçiliyin təsadüf olmadığına məndə əminlik yaratdı. Bütün ölkənin, mütəxəssislərin yekdilliklə “penalti deyil” fikrini qəbul etməyib, o hakimi müdafiə edirlərsə, deməli, sistemli iş gedir, “Qəbələ”nin uğuru əngəllənir. Bu, səhv yox, həmin şəxslərin klubumuza qarşı olan qərəzidi. Oyun qaydalarının pozulmasını isə protokola qeyd etmişik. Təkrar keçirilmə ehtimalını yüksək dəyərləndirmirəm. Mən gördüyümü gördüm. İndidən sonra heç kim mənə “Qəbələ”yə qarşı antipatiya olmadığını deyə bilməz.
- Turun digər oyununda “İnter”in 1 futbolçusuna qırmızı, 3 futbolçusuna sarı vərəqə verildi. “İnter” növbəti turda “Qarabağ”la qarşılaşır həmin sarı vərəqə alan oyunçuların hər biri limiti doldurdular. Beləliklə, “İnter” “Qarabağ” önünə 4 vacib oyunçusu olmadan çıxacaq. Deyilənə görə, hakimlər “Qarabağ”ın yolunu təmizləmək üçün tez-tez bu üsula əl atırlar. Siz necə fikirləşirsiniz?
- Dediklərinizə inanmıram. İnanmaq istəmirəm. Ümid edirəm ki, Azərbaycan futbolunda belə iyrəncliklər yoxdur. Biz heç vaxt belə işlər görməmişik və kiminsə gördüyü haqqında da heç bir sübutumuz yoxdu.
- Baş məşqçiniz mətbuat konfransında hal-hazırda evində olmaq istədiyini bildirdi. Bu, onun komandadan ayrılmaq istəyinə dəlalət etmir ki? Bu haqda söhbətiniz olub?
- Əlbəttə, məşqçi və komanda ilə görüşümüz oldu. Hər birinə mübarizənin başa çatmadığını, hələ qarşıda 15 oyun qaldığını bildirdim. Roman isə həmin anda olan hislərini ifadə edib. O, mübariz insandır, belə anlarda yandaşlarını yarı yolda buraxmaz. Bütün bu dediklərimlə yanaşı, həm məşqçilər, həm də futbolçuları necə motivasiya edəcəyimi bilmirəm. Haqları yeyildiyini hər biri gördü. Hakimlərə, rəqib futbolçulara veriləcək cəzalar belə onları sakitləşdirməyəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO