25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Tutmaşıqsa, futbolçunun oyun satdığını necə deyə bilərik?” (MÜSAHİBƏ)

“Bakılı”nı icraçı direktoru Nadir Qasımovun Futbolxeber.az saytına müsahibəsi

- “Bakılı” I divizionun son turunda “Səbail”ə 3:11 hesabı ilə uduzdu. Hesab arasındakı fərqin belə olması nədən irəli gəlirdi?

- Komanda “Səbail”ə qarşı çox bərbad oyun göstərdi. Həm taktiki, həm də fiziki cəhətdən. Bütün komandanı günahlandırmaq istəmirəm. Əsas heyətdən 6-7 nəfər xaric olunub. Üstəlik, maliyyə baxımından da müəyyən problem var. Toplanış olmayıb. Gündə saat yarım məşq keçməklə nəticə qazanmaq çətindir. Bütün günah futbolçularda deyil. Onlar üçün şərait yaradılmalıdır. Misir müəllimlə (klubun prezidenti Misir Əbilov nəzərdə tutulur-red.) danışmışam. Qış fasiləsində heyətdə ciddi dəyişikliklər olacaq. Bakıda ən azı 1 ay hazırlıq keçəcəyik ki, qış fasiləsindən sonra komanda özünü yaxşı tərəfdən göstərsin. İkinci dövrədə oynamaq istəyiriksə, bütün bunları etməliyik

- Çoxları hesab edir ki, indi I divizionda səviyyə daha yüksəkdir. Razısız bu fikirlə?

- Hazırda divizionda maraqlı komandalar var. “Zaqatala”, “Turan Tovuz”, “Səbail”, “Şəmkir”, “Qaradağ-Lökbatan” özlərini daha yaxşı tərəfdən göstərir. Amma hesab edirəm ki, əvvəlki illərdə ajiotaj daha çox idi. Çünki komandaların hamısı demək olar ki, eyni səviyyədə idi. İndi isə 3-4 komanda digərlərindən üstündür.

- I divizion klublarından hansı növbəti mövsüm Premyer Liqada oynamağa daha layıqdir?

- Layiq komandalar var. Götürək “Səbail”i. Təzə komanda olsa da, hər cür şəraiti var. Niyə də Premyer Liqada oynamasınlar?

- Bəs “Bakılı”nın məqsədi nədir?

- Bu heyətlə Premyer Liqa barədə düşünməyə dəyməz. Yüksək liqa üçün vəsait və şərait olmalıdır. Maliyyə olmayandan sonra mümünsüzdür. Pul varsa, futbol olacaq.

- Hazırda ən çox müzakirə olunan məsələlərdən biri də danışılmış oyunlardı. Buna görə hətta komandanızın 2 futbolçusu uzaqlaşdırılıb da. Onların bu işinə şahid olmusuz?

- Futbolçunu nədəsə günahlandırmaq çətindir. Tutmaşıqsa, oyun satdıqlarını necə deyə bilərik? İkisi də namazqılan futbolçulardı. Allaha da and içirlər ki, belə şey olmayıb. Fiziki cəhətdən hazır deyillər. Hazır olmayan futbolçu səhv edəcək. Şərait yaratmayandan sonra futbolçudan nə tələb edəsən?

- Ümumiyyətlə, “Bakılı”nın adı oyun alqı-satqısında çox hallanır...

- Həqiqətən də bu məsələ haqda çox söhbətlər gedir. Bu işə çox pis baxıram. Oyun satmaq mənim üçün absurddur. Özünə hörmət edən insan klubuna sadiq olmalıdır. Belə məsələlərin müzakirə olunması üçün utanıram. Kimi dindirirsən, Allaha and içir. Biz müsəlmanıq, Allaha and içən adama necə inanmyaq?

- Amma kənarlaşdırılan futbolçular mətbuata açıqlamalarında danışılmış oyunlara görə klub prezidenti Misir Əbilovu günahlandırıblar...

- Mən I dövrədən komandadayam. Dost kimi gəlmişəm ki, kömək edim. Misir müəllim, paltardəyişmə otağına 2-3 dəfə daxil olub. Futbolçulara mükafat qoyub. Mənim yanımda belə söhbət olmayıb. İnanmıram ki hansısa klub prezidenti futbolçulara “qəsdən uduzun” desin.

- “Bakılı”nın oyununa baxanda bilinmir ki baş məşqçi kimdir. Mahir Əliyev ehtiyat oyunçular skamyasında otursa da, kənardan siz də daxil olmaqla 4-5 nəfər futbolçulara göstəriş verir.  

- Baş məşqçi yoxdur.

- Bəlkə elə özünüz komandanı baş məşqçisi olasız?

- İstəmirəm. “Bakılı”da vəzifəm icraçı direktordur. Mənim komandada qalıb işləməyimi istəyirlərsə, sözümə qulaq asmalıdırlar. Şəriat olsa, qalacağam. İllərlə qazandığım adı heç nədən itirmək istəmirəm.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30