24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Qəbələdə uduzduğumuz oyunu da bu hakim idarə etmişdi”

“Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən göstərdilər ki, qalib gəlmək istəyirlər”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XIII turunda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə bunları söyləyib: “Hesabda geri düşsək də, yekun nəticə xeyrimizə oldu. “Qəbələ” ilə münasibətlərimiz həmişə yaxşı olub. Bu komandaya, baş məşqçisinə hörmətimiz var. Qeyri-erik hərəkət edibsə, Şahruddin Maqomedaliyev mütləq cəzalanacaq. Amma ola bilsin, sevinmək hərəkəti olub”.

Qurban Qurbanov hakimliklə bağlı sualı belə cavablandırıb: “Derbi oyunlarını idarə etmək asan deyil. Qəbələdə məğlub olduğumuz matçı da bu hakim idarə etmişdi. Ümumi narazılıq mən tərəfdən də oldu, rəqib tərəfdən də. Orda penaltinin olub-olmadığını hardan bilim. “İnter”lə oyunda epizod mənim gözümün qarşısında olmuşdu, ona görə demişdim ki, “vurma”. Burda isə epizod uzaq idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30