19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Məşhurlar təyyarə qəzası barədə: “Futbol üçün ağır gündü, kişilik və güc tələb edir”

Braziliyanın “Şapekoense” klubunun təyyarəsinin qəzaya uğramasına futbol ictimaiyyəti biganə yanaşmayıb.

Futbolxeber.az saytının məlumatına görə, hadisədən dərhal sonra bir neçə tanınmış futbolçu sosial şəbəkə vasitəsilə başsağlığı verib.

Qəza ilə bağlı ilk münasibət bildirən oyunçular “Real”ın əfsanəvi üzvləri İker Kasilyas və Raul Qonzales, “İnter”in yarımmüdafiəçisi Felipe Melo, “Liverpul”un yarımmüdafiəçisi Lukas Leyva, Almaniya futbolunun canlı əfsanəsi Mixael Ballak və “Bavariya”nın sabiq müdafiəçisi Dante olub.

Kasilyas “twitter” hesabında qəzaya bu cür münasibət bildirib: “Futbol üçün ağır gündü, kişilik və güc tələb edir”.

Raul da qəza nəticəsində dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib: “Başsağlığı verirəm. Braziliya futboluna dəstək olmalıyıq”.

Ballak da hadisəyə biganə qalmayıb: “Qəza nəticəsində ölən şəxslərin yaxınları başsağlığımı qəbul etsinlər”.

Karyerasını Azərbaycanda davam etdirən, “Neftçi”nin braziliyalı müdafiəçisi Jayro Rodriges isə “facebook” səhifəsində bir cümlə ilə qəzaya münasibət bildirib: “Bu gün futbol gül açmadan, xəzələ döndü”.

Qeyd edək ki, hadisə “Şapekoense”nin Sudamerikana Kubokunun final qarşılaşması üçün Kolumbiyaya səfəri zamanı baş verib. Qəza nəticəsində vaxtilə Azərbaycan çempionatında çıxış etmiş futbolçular Tieqo de Xesus və Felipe Maçado da daxil olmaqla, 76 nəfər dünyasını dəyişib (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30