29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Kəpəz” bəyanat yaydı: "Deyilənlər həqiqətə uyğun deyil"

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Kəpəz” - “Neftçi” oyununda baş verənlərlə bağlı Gəncə klubu bəyanat yayıb.

Futbolxeber.az saytı klubun rəsmi saytında yer alan bəyanatı təqdim edir:

“Kəpəz” PFK-nın rəhbərliyi bəyan edir ki, oyun zamanı baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədilə polis tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, yerli azarkeşlərə yaxın yerdə oturan qonaq klubun nümayəndələrinə polis əməkdaşları tərəfindən onlar üçün ayrılmış və daha ciddi mühafizə olunan SKY BOX-a və ya digər tribunaya keçmələri tövsiyə olunub.

Bundan başqa oyundan sonra “Neftçi” klubunun futbolçularının yuyunması üçün isti suyun olmaması haqda deyilənlər həqiqətə uyğun deyil.

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən stadionun ərazisində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Əgər belə olmasaydı, səfər matçı üçün Gəncəyə gələn qonaq azarkeşlərlə “Neftçi” rəsmiləri və futbolçuları arasında yaranacaq qalmaqalın qarşısı vaxtında alına bilməzdi. Məhz polis əməkdaşlarının sayəsində davaya səbəb ola biləcək bütün cəhdlərin qarşısı alınıb.

Onu da bəyan edirik ki, Mehman Allahverdiyev (“Neftçi” tərəfindən kluba göndərilən məktub onun adına ünvanlanıb) bu ilin sentyabr ayının 22-dən etibarən klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və bu post Cabir İbrahimova tapşırılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31