29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Mən 2005-ci ildəki Şahin Diniyev deyiləm”

“Meydança çox ağır idi. Belə şəraitdə oynamaq çətindir. Texnikalı oyun göstərmək olmur. Ağır qarşılaşma alındı. “Neftçi” də müqavimət göstərdi. Taktiki cəhətdən səmərəli oynadıq. İlk 5 dəqiqəni çıxmaq şərti ilə taktiki baxımdan ağıllı oynadıq və layiqli qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 13-cü turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonda deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün qələbədən zövq ala bildiniz?

- Zövq almaq çətindir. Heyətimiz, büdcəmiz kasaddır. Son oyunlara itkilərlə çıxırıq. Bu gün futbolçular meydanın hər qarışı uğrunda mübarizə apardılar. Onların gözündə istəyi gördüm. Bu gün bizim üçün vacib, 6 xallıq oyun idi. Bu, başlanğıcdır. Stabil oyun göstərə bilmirik. Çalışacağıq ki, qış fasiləsinə qədər maksimum nəticə qazanaq. Ötən tur “Qarabağ”a qarşı da pis oynanamamışdq. Hər dəfə fərqli heyətlə oynadığımızdan çətinlik çəkirik.

- Bu günlərdə baba olmusuz. Deyə bilərik ki, nəvənizin ayağı sizə və komandanıza düşərli oldu?

- Yeni Şahin Diniyev gəlir. Arzulayıram ki, nəvəmin həyatı mənimkindən pis olmasın. Komanda bu gün məni sevindirdi. Buna görə çox şadam. Qalib gələ bilməsəydik, sevinə bilməzdim.

- Oyundan əvvəl “Kəpəz” qalib gəlməsə, Şahin Diniyev istefaya göndəriləcək” xəbərləri yayılmışdı. Həqiqətən bu, “Kəpəz”dəki son oyununuz ola bilərdi?

- Mən 2005-ci ildəki Şahin Diniyev deyiləm. Rəhbərliyin hər qərarına hörmətlə yanaşıram. Allahım şahiddir ki işimdə təmizəm. Gəncə azarkeşləri çox şey istəyirlər. Bunda haqlıdırlar. Onlar hər oyunda komandanı dəstəkləyirlər. İşimi itirməkdən qorxmuram. Futboldan kənar amillərə fikir versəm, işləməyə dəyməz.

- “Neftçi”nin hazırki vəziyyəti futbol adamı kimi sizi narahat edir?

- Narahat edir. “Neftçi” artıq çətinlikləri arxada qoymalıdır. Amma bu proses uzanır. Komandada oyun nizam-intizamı var. Bəzi məqamlar var ki, klubun içində olanlar daha yaxşı bilir. İnanıram ki, “Neftçi” tezliklə bu vəziyyətdən çıxacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31