24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Dabo: “Məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq”

“Birinci hissədə yaxşı oynasaq da, fasilədən sonra bunun ardını gətirə bilmədik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin hücumçusu Baqali Dabo deyib.

“Qəbələ” Avroliqanın qrup mərhələsinin V turunda “Anderlext”ə 1:3 hesabı ilə uduzub. Fransız forvard yenilginin səbəbini belə izah edib: “İkinci hissədə komandamız yoruldu. Bunun da nəticəsində səhvlər etməyə başladıq. Yekunda da rəqib qələbə qazandı. Məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq”.

Oyun zamanı zədələnən Dabo Premyer Liqanın növbəti turunda “Qarabağ”a qarşı oynaya bilməyəcəyini bildirib: “Düşünürəm ki, zədəm ciddidir.  Bu səbəbdən də “Qarabağ”la oyunu buraxmalı olacam. Yəqin ki, ən azı 2-3 həftə komandama kömək edə bilməyəcəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30