8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Ölkə futbolu

Novruz Məmmədov: “Bəxtsizlik fərqlənməyimizə mane oldu”

Topaz Premyer Liqasının XII turunda “Kəpəz” səfərdə “Qarabağ”a minimal hesabla uduzub.

Futbolxeber.az saytının məlumatına görə, kapazpfc.az-a açıqlama verən Gəncə klubunun müdafiəçisi Novruz Məmmədov oyunla bağlı bunları söyləyib: “İtkilər bizim üçün böyük idi. Bəzi futbolçuların cəza və ya zədəyə görə yoxluğu oyunumuza təsir etmişdi. İlk yarıda zəif çıxış etdik. İstədiyimiz kimi oynaya bilmədik, bizdə alınmadı.

Fasilədə toparlandıq, ikinci yarıda rəqib qapısına doğru hücumlar etməyə başladıq, topu özümüzdə daha çox saxlamağa çalışdıq. Hesabı bərabərləşdirə də bilərdik. Sadəcə, bəxtsizlik fərqlənməyimizə mane oldu. Şəhriyar Rəhimovla Orxan Əliyevin zərbələri tirə tuş gəldi. Bu iki epizoddan biri qol olsaydı, nəticə başqa cür də ola bilərdi. Bizim üçün ilk növbədə əsas olan hesabı bərabərləşdirmək idi. Qol vursaydıq, rəqib irəli atılacaqdı və bu zaman onların müdafiəsində boşluqlar yarana bilərdi. Bundan da istifadə etmək olardı. Amma bu, ehtimallardır. Onu dəqiq deyə bilərəm ki, qol vura bilsəydik, bizim üçün yaxşı olacaqdı”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30