Ölkə futbolu
Bombardir iş başında... TƏHLİL
I divizionda XII turun ən çox maraq doğuran oyunlarından biri Zaqatalada keçirildi. Futbolxeber.az saytının məlumatına görə, eyniadlı komanda öz meydanında “Ağsu”nu qəbul edirdi.
HƏR İKİ TƏRƏF ÜÇÜN VACİB OYUN
Qarşılaşma hər iki tərəf üçün vacib əhəmiyyət kəsb edirdi. 11 turdan sonra 25 xalı olan “Zaqatala” üçüncü, 21 xalla malik “Ağsu” isə beşinci yeri tuturdu. Dünən qələbə qazanan “Şəmkir” şəxsi oyunlarındakı nəticəyə görə “Zaqatala”nı ikinci pillədən sıxışdırmışdı. Bu səbəbdən də Şaban Şirdanovun komandası qələbə qazanmaqla həm yenidən ikinci pilləyə qalxacaqdı, həm də lider “Turan Tovuz”la aradakı xal fərqini 2-yə endirəcəkdi.
“Ağsu”ya da 3 xal hava-su kimi lazım idi. “Səbail” dünən “Şəmkir”ə uduzduğundan qalib gələcəyi halda, Rüfət Quliyevin komandası dördüncü piləyə yüksələcəkdi.
MEYDAN SAHİBLƏRİ ÜÇÜN CİDDİ İTKİ
“Zaqatala” vacib oyuna ciddi itki ilə çıxmışdı. Ötən tur “Səbail”lə matçda zədələnən Emin Mehtiyev bu matçda da forma geymirdi. Onun əvəzinə start heyətində Cavad Kazımov yer almışdı. “Zaqatala”nın 19 nömrəsi ötən oyunda da Mehtiyevin əvəzinə meydana daxil olmuş və mühüm oyunda komdasına qələbə gətirən qola imza atmışdı.
Komandalar meydana eyni taktika ilə çıxmışdılar. 4-lü müdafiəyə üstünlük verən tərəflər 1 hücumçuya güvənirdilər. “Zaqatala”nın qol ümidi təkcə komandanın deyil, həm də divizionun bombardiri olan Oruc Balaşlı idi. “Ağsu” isə ön xətdə Elnur Səmədova güvənirdi.
“ZAQATALA” ŞOKDAN TEZ AYILDI
İlk dəqiqələrdən topa yiyələnən “Zaqatala” olsa da, hesabı gözlənilmədən qonaqlar açdı. Müdafiə xəttinin ani diqqətsizliyindən sonra “Ağsu”nun hücumçusu Elnur Səmədov qapıçı ilə təbətək qaldı. Amil Ağacanov nə qədər çalışsa da, qola mane ola bilmədi.
Erkən qoldan şoka düşməyən “Zaqatala” dərhal daha böyük qüvvə ilə irəli atıldı. Çox keçmədən status-kvo bərpa olundu. “Ağsu”nun qapıçısı Şamo Həsənovun səhvindən sonra Oruc Balaşlı “Zaqatala”nın bərabərlik qoluna imza atdı.
Az sonra “Zaqatala” ikinci qolu vura bilərdi. Lakin Roini İsmayılovun künc zərbəsindən sonra başla endirdiyi zərbə qapıdan azca aralı keçdi. Daha çox əks-hücumlara bel bağlayan qonaqlar epizodların birində fərqlənməyə yaxın idi. Lakin “Zaqatala”nın qapıçısı Səmədovun dubl etməsinə mane oldu.
Dəqiqələr keçdikcə “Zaqatala” rəqibi qapısına doğru sıxışdırırdı. Meydan sahibləri daha çox cinah ötürmələrinə üstünlük verirdilər ki, belə epizodların birində Balaşlının baş zərbəsi üstdən keçdi. Lakin çox keçmədən Oruc istəyinə çatdı. Ara ötürməsindən sonra “Zaqatala”nın 25 nömrəsi özünün və komandasının ikinci qolunu vurdu. Bu, həm də birinci hissədə vurulan son qol idi.
“AY MÜSƏLMAN, QABAĞA OYNA”
Zaqatala şəhər stadionunda anlşaq yaşanmasa da, matça maraq az deyildi. Görüşü təxminən 700-800 azarkeş izləyirdi. Nisbətən yaşlı azarkeşlər daha çox qol epizodları zamanı fəallıq nümayiş etdirsələr də, azyaşlılar dayanmadan “Zaqatala”nı qələbəyə səsləyirdilər.
Fanatların ara-sıra futbolçulara atmacaları da maraqlı alınırdı. Matçın əvvəlində Oruc Balaşlı əlverişli şansdan yararlana bilmədi. Bu zaman təxminən 50 yaşlı azarkeş yanındakı dostunu “Zaqatala”lı bombardirin güclü futbolçu olmadığına inandırmağa çalışırdı. Balaşlının dublu həmin fanatı sükuta qərq etdi.
Hesabda önə keçdikdən sonra “Zaqatala”lı futbolçuların bəzi epizodlarda geri ötürmə vermələri yerli azarkeşləri qane etmirdi. Bu zaman fanatlardan biri uca səslə “Ay müsəlman, qabağa oyna” deməklə komandasını irəli səslədi.
YENƏ ERKƏN QOL
İkinci hissə də “Zaqatala”nın üstünlüyü ilə başladı. Azarkeşlər yenə də hissənin əvvəlində qol gördülər. Birinci hissədən fərqli olaraq, ikinci yarıda ilk qol qonaqlardan gəldi. Hesab arasındakı fərq 2 topa çatdığından çoxları artıq matçın taleyinin həll olunduğunu düşünürdü. Lakin meydan sahiblərinin azlıqda qalması “Ağsu”nu ümidləndirdi. Qapıçı ilə təkbətək qalan Arzuman Nəsibov onu da keçdikdən sonra yerə yıxıldı. Əksəriyyət hakimin penalti nöqtəsini göstərəcəyini zənn etsə də, Orxan Məmmədov simulyasiya qeydə aldı. Bu isə artıq hesabında 1 sarı vərəqəsi olan Nəsibovun meydandan uzaqlaşdırılması demək idi. Oturduğumuz yerdən hakimin qərarının haqlı olub-olmadığını demək çətindir. Ancaq hakim düzgün qərar qəbul edibsə, boş qapı önündə olan Nəsibovun özünü yerə atması anlaşılmazdır.
“Zaqatala” azlıqda qaldıqdan sonra oyunun ssenarisi dəyişdi. Artıq hücum edən tərəf qonaqlar, müdafiə olunan komanda isə meydan sahibləri idi. Qalan dəqiqələrdə hər iki qapı qarşısında real qol vəziyyətləri yaşansa da, hesab dəyişmədi.
8-Ə ÇATAN QƏLƏBƏ SERİYASI
Orxan Məmmədovun final fiti “Zaqatala”nın 3:1 hesablı qələbəsini rəsmiləşdirdi. Bu, Şaban Şirdanovun komandasının ardıcıl 8-ci qələbəsidir. “Zaqatala” sonuncu dəfə 4-cü turda öz meydanında “Şəmkir”ə uduzub - 1:2.
Xallarının sayını 28-ə çatdıran “Zaqatala” yenidən turnir cədvəlində ikinci pilləyə yüksəldi. Heyətində Premyer Liqa təcrübəsi olan futbolçuların yer aldığı “Zaqatala”nın inamlı oyunu göz oxşayır. Amil Ağacanov, Hacı Əhmədov, Vadim Abdullayev, Ruslan Tağızadə, Oruc Balaşlı uğurda böyük pay sahibidirlər. Üstəlik, komandada məşqçi işi də dərhal hiss olunur. Bir sözlə, Şaban Şirdanovun komandası hazırda I divizionun ən inamlı təsir bağışlayan kollektivlərindən biridir. Bir qədər güclənəcəyi halda, komanda Premyer Liqada ortabab komanda statusu daşıya bilər.
“ZAQATALA” “SİMURQ”DAN DAHA ÇOX SEVİLİR
Gəncə, Tovuz, Qusar və digər bölgələrdə olduğu kimi Zaqatalada da yerli əhalinin futbola marağı böyükdür. Müşahidəmizə əsasən, “Zaqatala”nın rayonun əvvəlki komandası “Simurq”dan daha çox sevildiyini söyləmək olar. Burada komandanın daşıdığı adın rolu danılmazdır. Digər tərəfdən də heyətdə zaqatalalı futbolçuların çoxluq təşkil etməsi azarkeşlərin ürəyincədir.
İBRAHİM, Zaqatala
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- “Səbail” kapitanı ilə yollarını ayırır
- İsgəndər Cavadov Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi
- 3x3 basketbol millimiz ilk dəfə FIBA Çempionlar Kubokunda
- Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb
- Berdıyevdən mini master-klass
- Yüksək Liqada XI turun oyun cədvəli açıqlandı
- Rəşad Sadıqov rəqibin oyununu izləmək üçün Şamaxıya yollandı
- “Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
-
17:00
Masaki Murata: “Bəlkə bu halda nəyisə dəyişə bildik”
-
16:42
Azərbaycan çempionatı başa çatıb
-
15:18
Basketbol millimiz Çempionlar Kubokunun yarımfinalında
-
14:56
Ağırlıqqaldırma üzrə ölkə çempionatında ilk qaliblər bəlli olub
-
13:21
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirilib
-
12:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:03
Sabiq “Qarabağ”lı: “Sarpsborg 08”in futbolçusu olduğum üçün çox qürurluyam”
-
10:45
“Araz-Naxçıvan” sona qədər avrokuboklar uğrunda mübarizə aparacaq”
-
10:27
Nəriman Axundzadə yeni klubunun stadionunu ziyarət etdi
-
10:12
Renat oynadı, komandası qalib gəldi
-
09:54
"Fənərbaxça"dan gözlənilməz məğlubiyyət VİDEO
-
23:54
Ruzanna Məmmədova Avropa ikincisi oldu
-
23:47
Saşa İliç: “Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm”
-
23:36
Ayxan Abbasov: “Klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır”
-
23:09
Sumqayıtda tək qol VİDEO
-
22:26
"Araz-Naxçıvan"dan qələbə, "Sumqayıt" uduzdu
-
22:13
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
-
21:58
"Araz-Naxçıvan" - "Karvan-Yevlax" matçında 3 qol VİDEO
-
21:41
Andrey Demçenkodan qələbə şərhi
-
21:00
Füzuli Məmmədov: "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir"
-
18:35
Basketbol millimizdən qələbə
-
17:52
Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb
-
17:04
“Çelsi” də yeni müqavilə
-
16:47
"Quba" səfərdə "Lənkəran"a qalib gəldi
-
16:16
Tiaqo Silva rekorda imza atıb
-
15:33
Badminton üzrə inklüziv idman yarışı
-
14:29
“Qarabağ”ın yarımmüdafiəçisi Norveç klubuna transfer olundu
-
13:58
Basketbol milimiz Kanadaya məğlub oldu
-
13:01
“Sumqayıt”dan azarkeşlərə jest
-
12:15
Boksçularımız Monteneqroda rinqə çıxacaqlar
-
11:34
Azərbaycan kubokunda 1/4 finalın təyinatları açıqlandı
-
10:42
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:27
"Selta"- "Lion" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
“Neftçi”dən geridönüş, “Araz-Naxçıvan”dan darmadağın
-
18:54
“Səbail” “Mingəçevir”ə qalib gəldi
-
17:26
Millimizdən biabırçı məğlubiyyət
-
16:32
Pley-off oyunlarının vaxtı müəyyənləşib
-
15:41
Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib FOTOLENT
-
14:15
Varşavada 19 cüdoçumuz yarışacaq
-
13:53
XXIV turun hakim təyinatları
-
13:28
“Karvan Yevlax”ın üç legioneri milli komandalara dəvət aldı
-
12:39
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda bürünc medal qazanıblar
-
12:00
“Araz-Naxçıvan”ın qapıçısı: “Ayağa qalxıb mübarizəmizi davam etdirməliyik”
-
11:47
Boksçularımız "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
-
11:14
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başlayıb
-
10:52
Naxçıvanda ölkə birinciliyinin region mərhələsi başlayır: 5 liqada 36 komanda yarışacaq
-
10:36
ÇL-də həftənin ən yaxşısı adına namizədlər müəyyənləşdi
-
10:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
"Real"ın "Mançester Siti"yə şans tanımadı VİDEO
-
09:45
Sərbəst güləşdə yeni rekord
14.03.2026
13.03.2026
12.03.2026























