19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Əsgər Abdullayev: “Heç kim öz ayranına turş deməz”

“MOİK-lə oyunda vacib xallar itirdik. Bizə vurulan qollarda müdafiədə daha etibarlı oynamaq olardı”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un baş məşqçisi Əsgər Abdullayev deyib.

Tovuz klubu I divizionun XI turunda səfərdə MOİK-lə bərabərə qalıb - 2:2.

Əsgər Abdullayev xal itkisinə görə müdafiə xəttini günahlandırıb: “Qapımızda 2 qol gördük. Rəqibin fərqləndiyi epizodlarda diqqətli olmaq lazım idi. Hesabda 2 dəfə geri düşsək də, komanda məğlubiyyətlə razılaşmadı. Hər 2 halda cavab qolunu vurduq. Yekunda 1 xal qazandıq. Halbuki məqsədimiz qələbə qazanmaq idi. Xal itirsək də, yolumuza davam edirik”,

“Turan Tovuz” ilk qolu penaltidən vurub ki, hakimin qərarı meydan sahiblərinin narazılığına səbəb olub. Abdullayev mübahisəli penalti epizodunu belə dəyərləndirib: “Heç kim öz ayranına turş deməz. Mənə elə gəlir ki, hakimin qərarı düzgün idi. Çünki təmas olmuşdu. Təbii ki, hər kəsin bir fikri var. Hər halda, penalti var idi ki, hakim bu qərarı qəbul etdi”.

Təcrübəli mütəxəssis heyətdə dəyişikliklər edəcəyini söyləyib: “Geridə qalan müddətdə bəzi oyunçulardan razıyam, bəzilərindən narazı. Halbuki onlar daha yaxşı oynaya bilərlər. Müdafiədə boşluqlar olmamalıdı. Bu səbəbdən də dəyişikliklər mütləqdir. Digər tərəfdən də liderə qarşı hamı döyüşür. Futbolda hər şeya hazır olmalısan”.

Əsgər Abdullayev sonda I divizion və Premyer Liqa arasında müqayisə də aparıb: “Hazırda çempionatlar arasında elə böyük fərq yoxdur. I divizonda gərgin mübarizə gedir. Komandaları bölmək istəmirəm. 6-7 kollektiv iddialıdır ki, onlardan da biri bizik. Ötən illə müqayisədə rəqabət böyükdür. Çempionun kim olacağını zaman göstərəcək”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30