19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Emin Mahmudov niyə oynamasın ki?”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Futbolxeber.az saytına müsahibə verib.

- Ardıcııl 3 uğurlu oyundan sonra milli komandamız DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzdu. Yəqin ki, qarşılaşmanı izləmisiniz. Təəssüratlarınız necədir?

- Oyunu izlədim. Təəssüratlarım normaldı. Bu cür şeylərə hazır olmalıyıq. Komandamız 4 oyundan yalnız birində uduzub, 7 xal toplayıb. Odur ki, turnir cədvəlinə baxanda işlərin qaydasında olduğunu görərik. Artıq növbəti görüşləri düşünmək lazımdı. Digər oyunlara hazırlaşmaq üçün xeyli vaxtımız var. Sırf Şimali İrlandiya ilə oyuna gəldikdə, qarşılaşma çətin alındı. Hava şəraiti də əlverişsiz idi. Qollardan 3-nü standart vəziyyətdən sonra buraxdıq. Fiziki göstəricilərdən isə danışmağa dəyməz. Rəqib bu komponentdə bizdən açıq-aşkar üstün idi. Şimali İrlandiya ilə hələ Bakıda ikinci oyunumuz da var. Dünənki oyunun gedişatı nəticəyə uyğun deyildi. 0:4 uduzulası oyun deyildi.

- Böyükhesablı məğlubiyyətdən sonra çoxları baş məşqço Robert Prosineçkinin start heyətində səhvə yol verdiyini iddia edir. Xüsusən də Emin Mahmudovun start heyətində yer alması müzakirələrə yol açıb. Təcrübəli mütəxəssis kimi sizcə, Prosineçki düzgün qərar qəbul etmişdi?

- Bu işə nəinki biz, ümumiyyətlə heç kim qarışmalı deyil. Görmədiyimiz, bilmədiyimiz məqamlar ola bilər. Robert bunları gördüyü üçün ola bilsin, heyətdə dəyişiklik etməyi lazım bilib. Onun futbolçudan nə tələb etdiyini də heç kim bilmir. Emin Mahmudov niyə oynamasın ki? Zəif futbolçu deyil. Bu gün millidə yaxşı kollektiv yığılıb. Ona görə də bu haqda danışmağın yeri yoxdur.

- Siz yerli futbolçuların psixologiyasına daha yaxşı bələdsiniz. Böyükhesablı məğlubiyyətdən sonra komandada eniş yaşana bilər?

- Komandanın üzərinə getməyə ehtiyac yoxdur. 4 oyundan yalnız birində uduzmuşuq. İndi futbolda elə vəziyyət yaranıb ki, istənilən komanda bu hesabla uduza bilər. Bunu müxtəlif oyunlarda görürük. Belə vəziyyətlərə hazır olmalıyıq.

- Şimali İrlandiyanın standart vəziyyətlər zamanı təhlükəli olacağı əvvəldən məlum idi. Yığmanın baş məşqçisi olsaydınız, hansı alternativ variantlardan istifadə edərdiniz?

- Gəlin, özümüzü o yerdə görməyək. Baş məşqçinin işinə qarışmağı, nəyi düzgün etdiyini, hansı səhvə yol verdiyini deməyi düzgün hesab etmirəm. Hər bir baş məşqçinin, eləcə də mənim karyeramda böyükhesablı məğlubiyyətlər olub. Təxminən 1 ay əvvəl biz də 1:5 hesabı ilə uduzmuşduq.

- “Qarabağ”ın millidəki üzvlərinin dünənki oyunundan razı qaldınız?

- Onların çıxışına mənim qiymət verməyim düzgün olmaz. Komanda uduzubsa, bunda hamının payı var.

- Tezliklə komandanızı səfərdə “Slovan”la vacib oyun gözləyir. Əksəriyyət son qələbədən sonra “Qarabağ”dan Avroliqanın 1/16 final mərhələsinə vəsiqə gözləyir. Bu baxımdan komanda üzərində təzyiq hiss edir?

- Nədənsə biz tələsirik. Bəzən böyük ümidlərlə yaşayırıq və əks nəticə ilə üzləşəndə komandaya qarşı antipatiya yaranır. Hazırkı vəziyyətdə bir məğlubiyyət qrupdakı vəziyyəti tam dəyişə bilər. Bu halda 3 komandanın qrupda ikinci olmaq şansı yaranacaq. Ona görə də diqqətli olmalı, əlimizdən gələni etməliyik. İndi pley-offu yox, “Slovan”la səfər oyununu düşünməliyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30