29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rəşad Sadıqov Azərbaycanın milli qəhrəmanıdı”

“Maykl Onilin komandasını Azərbaycanla çətin gözləyir. Məhz bu görüşdə kimin kim olduğu yaxşı bilinəcək”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri ölkəmizdə çalışmış Daril Villard deyib.

“Qəbələ” və AZAL klublarında işləmiş ingiltərəli mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçını dəyərləndirib.

“Belfast Telegraph” nəşrinə danışan Villard Azərbaycan yığmasının inkişafından söz açıb: “Son illər ərzində Azərbaycan millisinə çox sayda yeni oyunçu gəlib. Görünən odu ki, Robert Prosineçkinin komandası özünə daha çox inanaraq və əminliklə oynayır. Prosineçki özü vaxtilə çox istedalı futbolçu olub. Buna görə də, Azərbaycan yığmasına gələndə nə istədiyini bilirdi. Futbol oynamağı bacaran komanda yaratmaq istəyirdi. Prosineçkinin əsas istəyi odu ki, Azərbaycan millisi daha çox hücum futbolu oynasın. Halbuki onun gəlişinə qədər onlarda bu baxımdan çatışmazlıq hiss olunurdu. Əvvəlki dövrlə müqayisədə Azərbaycan yığması hücum planında çox artırıb”.

“Pro” kateqoriyasını Azərbaycanda almış Villard millimizin seçmə mərhələ çərçivəsində Norveç (1:0) və Çexiya (0:0) ilə oyunlarını da yada salıb: “Çexiya ilə oyunu onlar yaxşı keçirdilər. Norveçlə matçda qeydə alınan nəticə isə fantastik idi. Həmin görüşdə daha çox qol ola bilərdi. Norveç üzərindəki qələbədən sonra Azərbaycan yığmasında özünəinam artıb. Robert Prosineçki Şimali İrlandiya ilə qarşılaşmada bütün təhlillərindən istifadə edəcək. Əminəm ki, azərbaycanlı futbolçular Belfasta özlərinə inanaraq gəliblər”.

Uzun illər ölkəmizdə fəaliyyət göstərmiş mütəxəssis millimizin kapitanı Rəşad Sadıqovu xüsusi fərqləndirib: “Fikir verin, bu komandanın Rəşad Sadıqov kimi, millidə 100-dən çox oyun keçirən futbolçusu var. O, Azərbaycanın milli qəhrəmanı və dəyəridi. Rəşad Azərbaycan yığmasının “açarlarından” biridi”.

“Qəbələ”nin əvəzedici heyətinin sabiq çalışdırıcısı keçmiş klubu, həmçinin “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışından da söhbət açıb. O bildirib ki, məhz bu amil Azərbaycan yığmasının nəticələrinə də müsbət mənada təsir edir: “Norveç üzərindəki qələbə ilə yanaşı, “Qarabağ” və “Qəbələ” klublarında da inkişaf var. Azərbaycanda insanlar milli ilə yanaşı, “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki çıxışına da böyük diqqət göstərirlər. Bu turnirdəki çıxış futbolçuların səviyyəsini artırır. Avropanın ən yaxşı komandalarına qarşı oynamaq gənc oyunçuların daha yaxşı səviyyəyə çatmalarına kömək edir” (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31