28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ayın ən yaxşı qolu müəyyənləşdi

I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsində qalibi müəyyənləşdirmək mümkün olmayıb.

Belə ki, azarkeşlər bir, jurnalistlər digər futbolçunu oktyabr ayının ən yaxşı qolunun müəllifi hesab ediblər. Emin Mehtiyev (“Zaqatala” PFK) jurnalistlərin seçimi zamanı 40 % səs toplayıbsa, Anar  Babayev (“Səbail” PFK) azarkeşlərin səsverməsi zamanı eyni nəticəni təkrarlayıb. 

Belə olan təqdirdə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Keçirilmiş daxili toplantı zamanı səslərin çoxunu “Zaqatala”nın futbolçusu Emin Mehtiyev qazanıb. Beləliklə, Mehtiyev I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi olub.

Futbolçuya Peşəkar Futbol Liqası tərəfindən hazırlanmış xatirə hədiyyəsi və pul mükafatı (500 AZN) “Zaqatala”nın ev oyunlarının birində təqdim olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31