28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Rəvan" "Maribor"un müdafiəçisini sınaqdan keçirir

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Rəvan" klubu ilk legionerini baxışa dəvət edib. Futbolxeber.az-ın məlumatına görə, bu, "Maribor”un müdafiəçisi Yovan Vidoviçdir.

24 yaşlı arxa xətt oyunlçusu 1989-cu ildə yanvarın 6-da Lyublyanada anadan olub. Futbola 1998-ci ildə "Şmartno”da başlayan Vidoviç 2002-ci ildə Dalibor Stoyanoviçlə birlikdə "Slovan”a yollanıb. Burda vitse-çempion olan müdafiəçinin komandası yalnız "Maribor”dan geri qalıb.

"Slovan”da çıxış edərkən, yoldaşları bədən ölçüləri həddən artıq böyük olan futbolçuya "Duqi” ləqəbini veriblər. Lakin Vidoviç "Slovan”da cəmi 1 il qalıb və 2005-də "Domjale”yə tranfser olunub. Burda 1 il aşağı yaş qruplarından ibarət komandada oynadıqdan sonra əsas komandaya cəlb olunmağa başlayıb. Daha 5 il bu klubda çıxış edən oyunçu meydana çıxdığı 54 oyunda 2 dəfə fərqlənib. 2011-ci ildə isə "Maribor”la anlaşıb və 4 illik müqaviləyə imza atıb.

Son iki ili Sloveniyanın ən məşhur klubunda keçirən Vidoviç 28 oyunda 2 qol vurub. Bir ara Slovaniyanın gənclər yığmasının da şərəfini qorumuş Yovanın başa çatan mövsumdə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan "Maribor"un əksər görüşlərində özünü yaxşı tərəfdən göstərdiyini də xüsusi qeyd etməliyik.

Artıq "Duqi" ləqəbli müdafiəçi "Rəvan"da ilk məşqinə də çıxıb. Bugünkü səhər məşqində iştirak edən Vidoviç hələ bir neçə gün sınanılacaq. Onunla bağlı yekun qərarı baş məşqçi Ramil Əliyev verəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31