24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəşad Sadıqov: "Uduzmamaq üçün əlimizdən gələni edəcəyik"

"Vacib oyunlardan biri olacaq. Çünki Şimali İrlandiya bizimlə yanaşı, qrupda iddialı yer üçün mübarizə aparır. Ona görə də şəxsi oyunda məğlub olmamaq üçün əlimizdən gələni etməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə səfər oyunu öncəsi jurnalistlərə açıqlamasında deyib.

O, rəqibə ehtiyatla yanaşdıqlarını bildirib: "Şimali İrlandiya ilə əvvəl oynadığımız hər iki oyunda rəqib bizdən üstün olub, amma uduzmamışıq. Sadəcə onlar əlinə düşən fürsətlərdən istifadə edə bilməyib. Amma biz bu imkanlardan yararlanmışdıq. Rəqibə ehtiyatla yanaşırıq. Bunun da əsas səbəblərindən biri odur ki, Şimali İrlandiya Avro-2016-nın final mərhələsində çıxış edib. Üstəlik oyunumuz səfərdədir. İkincisi də hər bir rəqibdən ehtiyat edirik. Ehtiyatlı olmasan cəzalanacaqsan".

R.Sadıqov həm millinin, həm də şərəfini qoruduğu "Qarabağ"ın son zamanlar uğurlu çıxışı haqda da danışıb: "17 ildir əsas liqada futbol oynayıram. Amma ilk dəfədir belə bir hiss var. Həm klubumuz, həm də millimiz uğurlu çıxış edir. Hər birimiz çox ciddi hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, səfərdən yaxşı nəticə ilə qayıdaq".

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-i keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30