19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Kəpəz”in futbolçuları “Sumqayıt” ilə oyun haqda

Qalibin müəyyənləşmədiyi “Kəpəz” - “Sumqayıt” oyununun nəticəsinə uyğun olaraq xalının üstünə bir xal gətirən Gəncə klubu turnir cədvəlində mövqeyini qoruyub. Futbolxeber.az saytının məlumatına görə, “sarı-göylər” hazırda 12 xalla Premyer Liqada 5-ci pillədə yer alıb.

Komandanın futbolçuları kapazpfc.az saytına açıqlamasında Gənclik şəhərinin təmsilçisinə qarşı matça qələbə üçün çıxdıqlarını desələr də, son nəticədə bir xalla razılaşmalı olduqlarını açıqlayıblar.

Azad Kərimov: “Oyun çətin keçdi. Meydançanın vəziyyəti ideal olmasa da, şərait hər iki komanda üçün eyni idi. Azlıqda qaldıqdan sonra da mübarizəmizi davam etdirdik, təslim olmadıq, vuruşduq. Bizə qələbə lazım idi. Buna da şükür. Bir xal da pis deyil. “Qarabağ”la oyuna ciddi hazırlaşıb yaxşı nəticə əldə etməyə çalışacağıq. Məşqçilər korpusu mənə əsas heyətdə oynamaq üçün yer verib, fikrimcə, özümü pis göstərmirəm. Belə çıxış etməyə çalışacağam”.

Şəhriyar Rəhimov: “Bizim “Zirə”yə acı məğlubiyyətimizdə qırmızı vərəqə oyunumuza təsir etmişdi. Əfsuslar olsun ki, yenə azlıqda qalmağımız planlarımızı pozdu. Halbuki oyuna 3 xal üçün çıxmışdıq. Gəncədə, öz azarkeşlərimizin önündə oynadığımdan qələbə qazanmağa məcbur idik. Birinci hissədə pis təsir bağışlamadıq. 2-3 qol vəziyyətimiz oldu. Azlıqda qaldıqdan sonra bir az üstünlük rəqibin tərəfinə keçdi. Bu da normal bir şeydir, say üstünlüyü onların xeyrinə idi. Məncə, heç-heçə hardasa ədalətli nəticə idi”.

Tural Nərimanov: “Oyundan öncə də bilirdik ki, çətin, ağır qarşılaşma olacaq. Matçın gedişi gözləntilərimizi ortaya qoydu. Əlbəttdə ki, evdə oynadığımızdan məqsədimiz qələbə qazanmaq idi. Həm xal ehtiyatını artırmaq, həm də azarkeşləri sevindirmək istədiyi ilə meydana çıxmışdıq. Amma alınmadı. İkinci hissədə komanda yoldaşımızın qırmızı vərəqə alması işimiz çətinləşdirdi. Bundan sonra çalışdıq ki, heç olmasa qapımızdan qol buraxmayaq. Bunun da öhdəsindən gəldik. Qarşıdakı oyunlara ciddi hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30