18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Eldəniz Süleymanovun ölümündən 4 il keçir...

5 noyabr tarixi “Qəbələ”nin sabiq futbolçusu və məşqçisi Eldəniz Süleymanovun vəfat etdiyi gündü. 2012-ci ilin bu günündə 17 yaşlıların çempionatında “Qəbələ” səfərdə “Bakı”nın qonağı idi. Qarşılaşmanın təxminən 35-ci dəqiqəsindən Süleymanov özünü narahat hiss etdiyini söyləyib və ürəyi gedib. Dərhal Respublika Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Mərhum Naxçıvanda dəfn olunub.

“AZƏRİ”DƏ BAŞLAYIB, “GİLAN”DA BİTƏN KARYERA

Eldəniz Nizami oğlu Süleymanov 1975-ci ilin 29 avqustunda Naxçıvanda anadan olub. Mərkəz müdafiəçisi mövqeyində oynamış Eldəniz, karyerasına “Azəri”də başlayıb. 1992-1994-cü illər aralığında paytaxt klubunda 36 oyuna çıxıb və 1 qol vurub. Daha sonra Rusiyaya üz tutub və burada “Arsenal” (Tula), “Stroitel” (Ufa) və “Jemçujina” (Soçi) klublarının şərəfini qoruyub. 1999-cu ildə vətənə qayıdaraq, “Kəpəz”lə anlaşıb. Karyerası ərzindəki əsas mükafatları da elə Gəncə klubunda qazanıb. 11 oyunda şərəfini qoruduğu “Kəpəz”lə 2000-ci ildə həm Azərbaycan kubokunu başı üzərinə qaldırıb, həm də ölkə çempionatının gümüş medalına sahib çıxıb. 2000/01 və 2001/02 mövsümlərini doğma Naxçıvanı təmsil edən “Araz”da (22 oyun), 2004/05 mövsümünü isə “Ədliyyə”də (12 oyun) keçirdikdən sonra 2005-ci ildə yeni yaradılmış və I divizionda mübarizə aparan “Gilan”a üz tutub. Hazırkı “Qəbələ”nin sələfi olan Xanlar (indiki Göygöl-red.) təmsilçisində I divizionun çempionu olub. Növbəti mövsümlərdə də elə bu klubda çıxış etdikdən sonra 2008-ci ildə futbolçu karyerasını başa vurub. Son mövsümündə “Qəbələ”nin heyətində 5 oyunda meydana çıxıb.

MƏZARININ ÜSTÜNƏ APARILAN ÇEMPİONLUQ KUBOKU

O, karyerasını başa vurduqdan sonra “Qəbələ”nin aşağı yaş qruplarında məşqçi kimi faəliyyət göstərib. Son olaraq isə “qırmızı-qaralar”ın 17 yaşlılarında çalışıb. Eldənizin ölümündən sonra onun çalışdırdığı “Qəbələ”nin U-17 komandası çempion oldu. Ölümünün 1 ili tamam olanda isə yetirmələri kuboku məzarına üstünə aparıblar.

OĞLU “QƏBƏLƏ”NİN KAPİTANIDI

Eldənizin yolunu oğlu Emil davam etdirir. Hazırda 13 yaşı var. Elə “Qəbələ”nin akademiyasında futbolun sirlərinə yiyələnir. Daha əvvəl U-11 liqasında Qəbələdə keçirilən zona yarışlarının bombardiri olan Süleymanov, artıq U-13 komandasının kapitanıdır. Məşqçiləri də ondan razılıq edirlər. Hər kəs Emilin gələcəkdə tanınmış futbolçu olacağına şübhə etmir...

Allah sənə rəhmət eləsin, Eldəniz. Gözün arxada qalmasın, oğlun yolunu davam etdirir.

Ruhun şad olsun...




Ad: Ədalət Müslümov;   E-mail: [email protected]

05.11.2017 09:37

Eldenize Allah rehmet elesin. Rehmetliyin doqum tarixini duzgun yazmanizi xahish edirem. Rehmetlk 1974 - cu ilde May ayinda sehv etmiremse 16 - si ya da 24 - de anadan olmushdu. cunki sinifde ad gunlerimiz arxa arxaya gelirdi.. Onceden teshekkur edirem.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30