19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”: 13 oyunda 11 qələbə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” futbol akademiyasının komandaları 13 matçda qüvvəsini sınayıb.

“Qəbələ” təmsilçiləri bu görüşlərin 11-də qalib gəlib, yalnız birində məğlub olub və bir heç-heçə edib.

U-19 VII turda “Neftçi” ilə ev matçında qolsuz heç-heçə edib. Aktivini 17 xala çatdıran komanda 3-cü pillədə qərarlaşıb.

VI turda istirahət edən U-17  13 xala 4-cü yerdədir.

U-16 evdə “Kəpəz”in qapısından 4 cavabsız qol keçirib. 4 oyunda 7 xal toplayan komanda 5-ci pillədə yer alıb.

Səfərdə “Qarabağ”ı 4:2 hesabı ilə məğlub edən U-15 komandası ardıcıl 4-cü dəfə qalib gəlib. 100 faizlik nəticəyə malik olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “İnter”i 7:1 hesabı ilə yenən U-14 ardıcıl 6-cı qələbəsini əldə edib. 100 faizlik nəticəyə malik “qırmızı-qaralar” yarışın lideridir.

“Qarabağ”ı 7:0 hesabı ilə məğlub edən U-13-ün aktivində 13 xal var. Komanda 2-ci yerdədir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” bir neçə komanda ilə təmsil olunur.

U-12 Liqasında “Qəbələ” UGİM-i (İsmayıllı) 11:0, UGİM isə UGİM-i (Ağdaş) 6:0 hesabı ilə yenib. Hər iki “Qəbələ” təmsilçisi 5 turdan sonra 15 xalla liderliyə şərikdir.

U-11 Liqasında UGİM UGİM-i (Ağdaş) 5:0, “Qəbələ” UGİM-i (Yevıax) 11:2 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandaların hər ikisi 5 turda 15 xal toplayıb.

U-10 Liqasında “Qəbələ” UGİM “Rabitəçi” (Yevlax) üzərində 16:0 hesablı qələbə əldə edib. UGİM Şəkinin 3 nömrəli məktəbinin komandasını 6:2 hesabı ilə yenibsə, Gİİ Şəki UGİM-inə uduzub - 1:3. 5 turdan sonra “Qəbələ” 15, Gİİ və UGİM isə hərəyə 12 xala malikdir.

Qızların yüksək liqa yarışında çıxış edən “Qəbələ” “Zaqatala”nı 4:2 hesabı ilə məğlub edib. 3 matçda 9 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30