20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Miçel: "Qarabağ" hələ heç nəyə nail olmayıb"

“Qarabağ”ın PAOK-la oyunda qələbə qolunun müəllifi Miçel matçdan sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun olacağını bilirdik. Bu oyunda azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.

- İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...

- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçininin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.

- Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?

- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.

- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...

- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra pley-offa adladığımızı əminliklə söyləmək olar.

- Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?

- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30