20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ" zəif komanda deyil"

"Bu oyun bizim üçün önəmlidir. Qrupdan çıxmağımız üçün vacib matçlardan biridir. Asan olmayacaq. Bütün oyunçularımız hazırdır. Çalışacağıq ki, qələbə qazanaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sent-Etyen"in futbolçusu Cordan Varetu Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- “Qəbələ”ni necə komanda kimi görürsünüz?

- Zəif komanda yoxdur. Bu oyuna ciddi hazırlaşmışıq. “Qəbələ” zəif komanda deyil. Çalışacağıq ki, bu oyunda daha ciddi oynayıb, qalib gələk.

- Özünü oyuna hazır hiss edirsənmi?

- Beş ay yaşıl meydanlardan uzaqda qaldım. Bu, oyunuma təsir göstərə bilər. Lakin komanda yoldaşlarım "Qəbələ" ilə görüşə tam gücü ilə hazırlaşıblar. Qələbə qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq.

- Səncə, qələbə üçün nə lazımdır?

- Qələbə üçün təbii ki, qol vurmalıyıq. Hücumçularımız buna tam hazırdır.

- İlk oyundan fərqli olaraq “Qəbələ”nin bəzi zədəli oyunçuları artıq tam hazırdır. Bu barədə məlumatın varmı?

- Bildiymə görə 2 zədəli oyunçu var idi. Biz bunları nəzərə almışıq. Bizim öz oyun stilimiz var. Öz oyunumuza köklənəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30