19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Oyun alqı-satqısı ilə bağlı faktların heç biri özünü doğrultmur” LAYİHƏ

“Cari mövsümdə I divizionda gərgin mübarizə gedir. Komandaların hamısı xal itirir. İndidən çempionluq mübarizəsi haqda nəsə demək çətindir. Çünki marafon uzundur”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Şərurspor”un baş məşqçisi Əfqan Talıbov deyib.

Bir müddət əvvəl Naxçıvan klubunda fəaliyyətə başlayan təcrübəli mütəxəssis I divizionun VIII turunda “Səbail”ə 2:3 hesabı ilə uduzduqları oyundan danışıb. O, yenilginin səbəbini belə şərh edib: “Səbail”lə oyunda üstün tərəf biz idik. Birinci hissədə müəyyən səhvlərimiz oldu. Buna görə də qapımızda 3 qol gördük. İkinci hissədə futbolçular tələsirdilər. Bu da hesabda geri olmağımızdan irəli gəlirdi. Qol vurmaq üçün şanslarımız olsa da, yenilgidən qaçmaq mümkün olmadı”.

“Şərurspor” - “Səbail” oyununda diqqətçəkən məqamlardan biri də Əfqan Talıbovun ehtiyat oyunçular skamyasında deyil, tribunada yer alması idi. Talıbov bunun səbəbini belə izah edib: “Tribunada yer almağım öz istəyim idi. Hər hansı cəzadan söhbət gedə bilməz. Tribunadan komandanın çıxışını, çalışmazlıqları daha yaxşı görmək mümkündür. Buna görə də məhz tribunada yer almışdım”.

“Şərurspor”un adı bəzən oyun-alqı satqısında hallansa da, Əfqan Talıbov bu iddiaları yaxına buraxmır: “Oyun alqı-satqısı ilə bağlı faktların heç biri özünü doğrultmur. Hər kəsi oyunlarımıza dəvət edirəm. Gəlin, baxın. “Səbail”lə oyuna özünüz canlı tamaşa etdiniz. Gördünüz ki, “Şərurspor” rəqibdən geri qalmırdı. Komandada əzmkarlıq, nizam-intizam öz qaydasındadır. Futbolçular sona qədər meydanda mübarizə aparırlar. Oyun alqı-satqısı ilə bağlı söhbətlərə ehtiyac yoxdur. Ümumiyyətlə, bu məsələyə xitam verilib. Hər hansı danışıq mümkün deyil”.

Söhbətləşdi: Fərəc

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30