25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Mahmud Qurbanov: “Bu futbolçu milliyə çoxdan cəlb olunmalı idi”

Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov Türkiyədə olub. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssis Super Liqada IX turun "Bursaspor" - "Konyaspor" matçını izləyib.

Bursa "Böyükşəhər Bələdiyyəsinin stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. "Timsahlar"ın heyətində FİFA tərəfindən Azərbaycan millisində oynamasına icazə verilən Dəniz Yılmaz da yer alıb. 28 yaşlı hücumçu 90 dəqiqə meydanda olub. Qolları 69-cu dəqiqədə Kubilay Kanatsızkuş, 71-ci dəqiqədə isə Pablo Martin Batalya vurub.

M.Qurbanov "Report"a açıqlamasında Yılmazın çıxışını normal qiymətləndirib: "Əslində bu futbolçu milliyə çoxdan cəlb olunmalı idi. Çünki o, Azərbaycan pasportunu hələ dünya çempionatının seçmə tsikli ərəfəsində alıb. Sadəcə, zədəli olduğu üçün çağırılmırdı. Artıq zədəsini sağaldıb və oyunlarda 90 dəqiqə meydanda olur. "Konyaspor"la qarşılaşmada Dəniz Yılmaz normal çıxış etdi. Şimali İrlandiya ilə oyun üçün yığmaya çağırılıb-çağırılmamasına dair qərarı baş məşqçi Robert Prosineçki verəcək".

Qeyd edək ki, FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına sentyabrın 2-də qərar verib.                                                




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30