19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Denis Silva: “Daha əvvəl “Neftçi”də oynamağım heç nəyi dəyişmir”

“Bizim üçün vacib oyun idi. Erkən qol buraxsaq da, sonradan 3 dəfə fərqləndik. Hər oyun bizim üçün finaldı. Çünki çempionluq uğrunda mübarizə aparırıq. Çalışırıq ki, “Qəbələ” və “Qarabağ”dan geri qalmayaq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “İnter”in müdafiəçisi Denis Silva Kruz Topaz Premyer Liqasının X turunda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Braziliyalı müdafiəçi növbəti turda sabiq komandası “Neftçi”yə qarşı keçirəcəkləri oyun barədə bunları söyləyib: “Bizim üçün bütün oyunlar eyni əhəmiyyətə malikdi. Daha əvvəl “Neftçi”də oynamağım heç nəyi dəyişmir. “Neftçi”nin hazırkı vəziyyətinə görə üzülürəm. “Neftçi” Azərbaycan üçün çox əhəmiyyətli, vacib, böyük komandadı. “Neftçi”nin bu duruma düşdüyünə görə, kədərlənirən. Amma nə baş verdiyini bilmirəm, çünki komandada deyiləm”.

Sonda Denis Silva “bankirlər”in prezident postundan ayrılan Rəşad Qasımovla bağlı sualı da cavabıandırıb: “Danışmaq çətindi. Onun ayrılması qəribə oldu. Bu qərarı niyə qəbul etdiyini dəqiqliklə bilmirəm. Amma klub üçün çox iş gördüyü danılmazdı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30