20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“O vaxt “Şəmkir”ə futbolumuzun qaymaqları yığışmışdı” (MÜSAHİBƏ)

"Şəmkir”in qapıçısı Elşən Poladovun Futbolxeber.az saytına müsahibəsi

- I divizionun 8-ci turunda MOİK üzərində 1:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Oyunun ağır keçəcəyini əvvəldən bilirdik. 1 həftə yağan yağışlar qazonu pis vəziyyətə salmışdı. Amma uşaqlar oyuna çox yaxşı köklənmişdilər. Əlimizdən gələni edirik ki, turnir cədvəlində bizdən öndə komandalardan geri qalmayaq. Çətin də olsa, bu gün 3 xal qazandıq. Çalışacağıq ki, bu uğuru növbəti oyunlarda da davam etdirək.

- Cari mövsümdə “Şəmkir”in məqsədi nədir?

- Məqsədimiz Premyer Liqaya yüksəlməkdir. Düşünürəm ki, bu, tək bizim yox, digər komandaların da qarşısına qoyulan hədəfdir.

- Premyer Liqaya yüksəlmək baxımından şansınızı necə dəyərləndirirsiz?

- Rəhbərlik qarşımıza həmin hədəfi qoyub. Biz də məqsədə çatmaq üçün əlimizdən gələni edirik. Çalışırıq ki, bütün oyunlarda qalib gələk.

- Çoxları cari mövsümdə I divizionda səviyyənin xeyli yüksəldiyini deyir. Bu fikirlə razısız?

- Tam razıyam. Hal-hazırda Premyer Liqada 8 komanda çıxış edir. Bu səbəbdən də favoritlərin kimliyi böyük ölçüdə əvvəldən məlumdur. Amma I divizonda kollektivlərin sayı çoxdu. Deyərdim ki, 6 komandanın Premyer Liqaya yüksəlmək şansı var. Bu məqam da mübarizəni daha da gərginləşdirir.

- Əvvəllər rəqib qismində “Şəmkir”ə qarşı oynamısız. Həkim kollektivlə indiki “Şəmkir”i müqayisə etmək olar?

- Həmin dövrdə “Şəmkir” çox güclü idi. O vaxt komandaya Azərbaycan futbolunun qaymaqları yığışmışdı. İndiki komandamız da zəif deyil. Düşünürəm ki, zaman keçdikcə “Şəmkir” daha da güclənəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30