20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Hafiz Məmmədov futboldan Azərbaycanı tanıtmaq naminə istifadə edir"

"Bakı"nın sabiq futbolçusu Nenad Kovaçeviç Fransa mətbuatına müsahibə verib. Müsahibəsində Kovaçeviç "Bakı"nın prezidenti Hafiz Məmmədov haqda da fikirlərini açıqlayıb.

- Azərbaycandakı karyeran necə alındı?

- Yaxşı oldu. Düzü, orada karyeramın belə uğurlu olacağını gözləmirdim. Bu komandada öz oyunumu artırdım, ölkə kubokunu qazandım. Azərbaycanda futbolu çox sevirlər. Onu da qeyd edim ki, orada pul çoxdur. Buna baxmayaraq Fransaya qayıtmaq qərarı verdim. Ona görə ki, mənim üçün əsas məqsəd dolu tribunalar önündə oynamaq idi. Təəssüf ki, Azərbaycanda hər oyuna 500-700, ən yaxşı halda isə 1000 azarkeş gəlirdi.

- Azərbaycandan bəzi futbolçuların “Lans”a keçəcəyi gözlənilir. Bu ölkənin çempionatının səviyyəsi haqda nə deyə bilərsən?

- Nə çox yaxşı, nə də çox pis deyə bilərəm. Yüksək liqada hər şey qaydasındadır. Orada legionerlər və xarici məşqçilərin olmasının Azərbaycan futboluna faydası var. Ölkə inkişaf edir. Futbola buraxılan pullar sayəsində Azərbaycan futbol xəritəsində yer almağa başlayıb.

- Bəs, Hafiz Məmmədov haqda fikirləriniz necədir?

- O, “Bakı”da mənim prezidentim idi. Futbolun inkişafı üçün əlindən gələn edən iddialı bir insandır. Onun çoxlu pulu və təcrübəsi var. Eyni zamanda çox məsuliyyətli insandır. Düzü, Hafiz Məmmədovu çox görməmişəm. Çünki biznesinə görə tez-tez səfərlərdə olur. Onunla işbirliyindən məmnun idim. Hafiz Məmmədov haqda hamı yaxşı danışır. O, futboldan ölkəsini tanıtmaq naminə istifadə edir.

- Hafiz Məmmədovun “Lans”ı almaq istəməsinə necə baxırsan?

- Bu, yaxşı ideyadır. O, “Bakı” klubu üçün yaxşı şərait yaradıb. Yeni baza tikib, meydançalar salıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30