29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”, cəzadan qorxma, qov!

“Neftçi” - “Qarabağ” oyununda baş verənlər hətta Cavid Hüseynovun 16 aydan sonra yaşıl meydana qayıtmasını da kölgədə qoydu. “Ağ-qaralar”ın hücumçusu Katalin Tira meydana daxil olaraq komandasının acizliyinə, məğlubiyyətinə etiraz edən azarkeşə hücum çəkdi.

Əslində, bu, ilk belə hal deyil. Həmin Nurlan adlı fanata ötən il də “İnter Arena”da da hücum edilmişdi. Əsas fərq ondan ibarətdir ki, keçən dəfə azarkeşə hücum edən Araz Abdulayev, bu dəfə isə Rumıniyadan gələn biridi.

Bu məqam “Neftçi”də nizam-intizamın hansı səviyyədə olduğunu göstərir. 9 oyundan 7-sini uduzan komandanın oyunu kimi, intizamı da bərbad gündədi. Tira kimdir ki azarkeşi vurur? Hələ utanmadan “elə bildim “Qarabağ” azarkeşidi” deyir də.

Az əvvəl “Neftçi”nin bu hadisə ilə bağlı rəsmi mövqeyi ictimaiyyətə açıqlandı. Məlum oldu ki, Tira komandanın məşqlərindən kənarlaşdırılıb. “Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.

“Neftçi”nin məhz buna bənzər qərar çıxaracağı gözlənilən idi. Çünki azarkeşinə “kənar şəxs” deyən klubdan daha artığını gözləməyə dəyməzdi.

Bu halda otraya sual çıxır. “Neftçi” niyə Tiranı komandadan qovmayıb? Böyük ehtimalla, burada 2 variant var.

Mümkündü ki, “Neftçi” hazırda vaxt udmağa çalışır. Gözləyirlər ki, ara sakitləşsin, üzrxahlıqla vəziyyətdən çıxsınlar və Tira yenidən əsas komandaya qaytarılsın. “Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək” fikri də belə düşünməyə ciddi əsas var

Digər ehtimal isə odur ki, “Neftçi” hazırda Tiranı qovmağa cürət etmir. Çünki hüquqi cəhətdən hazırda “Neftçi” Tiraya qapının göstərə bilməz. Bizim klublarımız o səviyyədə inkişaf etməyiblər ki, bu cür hallarla bağlı mümkün variantı müqavilədə qeyd etsinlər. Heç “Neftçi”nin daxili intizam qaydasında “futbolçu azarkeşi vuracağı halda, filan cəzanı alacaq” bəndinin olacağı da inandırıcı deyil. Odur ki, “Neftçi” hazırda Tiranı qovacağı halda, futbolçunun müqaviləsində göstərilən məbləği ödəməlidir. Bu isə klub rəhbərliyinə sərf etmir. Çünki Mpenzanın borcunu güclə ödədiklərini iddia edirlər. Bu halda yenidən xərcə düşməyi istəməzlər.

Amma pul “Neftçi”nin adından üstün ola bilməz. 10-11 milyon büdcəsi olan klub Tiranın pulunu asanlıqla ödəyə bilər. Onsuz da o futbolçu komandaya xeyir vermir. Guya oynayıb, neyləyib ki?

Uzun sözün qısası, “Neftçi” rəhbərliyi heç nəyi nəzərə almamalıdı. Tira dərhal klubdan qovulmalıdı. Bu, həm də digər legionerlərə də dərs olar. Heç kim Azərbaycanda azərbaycanlı azarkeşə hücum edə, əl qaldıra bilməz. Bunu edibsə, cəzası qovulmaqdı.

“Neftçi”nin hazırkı rəhbərliyi gəldiyi gündən azarkeşin qınağına tuş gəlib. 80 illik klubu iflic vəziyyətə salıblar. Heç olmasa, bu dəfə alqış qazanın...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31