Ölkə futbolu
Əsgər Abdullayev: “Əsl gücümüzü “Zirə” ilə oyunda biləcəyik” (MÜSAHİBƏ)
“Turan Tovuz”un baş məşqçisi Əsgər Abdullayevin Futbolxeber.az saytına müsahibəsi
- Komandanız I divizonun VII turunda “Bakılı”nı 7:0 hesabı ilə darmadağın etməklə ardıcıl VII qələbəsini qazandı. Görüşün bu qədər asan alınacağını gözləyirdiniz?
- Asan deməzdim. Həmişə futbolçulara söyləyirəm ki, komandaları reytinqə bölmək olmaz. Hər bir komanda rəqibdir. Hər oyuna ciddi, axırıncı kimi çıxmaq lazımdı. İlk hissədə imkanlarımız olsa da, onlardan yararlana bilmədik. Yalnız 1 qol vurduq. İstədiyim oyunu görə bilmədim. Nə olur olsun, oyun intizamı pozulmamalıdır. Futbol belə şeyləri sevmir. Oyundan öncə də futbolçuları matça kökləmək üçün çalışırdıq. Yolda avtobusda olarkən oyunçularla söhbətim olmuşdu. Qalib gəldiyimiz üçün sevinirəm.
- Fasilədə nə dəyişdi ki, ikinci hissədə futbolçularınız qolları sıraladı?
- Hesabdan asılı olmayaraq, final fitinə qədər oyun intizamı qorunmalıdır. Bunu etməyən futbolçuya bəraət qazandırmaq olmaz. Komandanın öz dəsti xətti, oyun sistemi var. İlk dəqiqədən son ana qədər futbolçular buna sadiq qalmalıdılar.
- Son zamanlar komandanızın heyətində ən fəal oyunçulardan biri Səbayıl Bağırovdur. Lakin “Bakılı” ilə görüşdə elə də inamlı təsir bağışlamadı. Onun əvəzlənməsi zəif çıxışı ilə bağlıdır?
- Əvəzlənməsi oyunu ilə bağlı deyil. Düzdür, çıxışında müəyyən boşluqlar var idi. Sadəcə, hesab arasındakı fərqin böyük olması başqa futbolçunun yoxlanmasına şərait yaradırdı.
- Rəhman Musayevi isə real qol şansını qaçırdıqdan dərhal sonra əvəzlədiniz...
- Dediyim kimi, oyun intizamı hər şeydən önəmlidir. Həmin dediyiniz anda Rəhman daha yaxşı epizodda olan komanda yoldaşına ötürmə də verə bilərdi. Qoy, bu əvəzetmə ona dərs olsun. Qanun qanundur. Oyun intizamını pozmaq olmaz. Matçdan sonra özü ilə danışdıq. Dedi ki, daha yaxşı epizodda olan komanda yoldaşını görməyib. Görməyibsə, bu da onun səhvidir.
- 7 oyun, 7 qələbə. Komandanızdan belə uğurlu start gözləyirdiniz?
- Desəm gözləyirdim, düzgün çıxmaz. Məqsədimiz elə budu. “Turan Tovuz”u əvvəlkinə gücünə qaytarmaq üçün çalışırıq. Startın belə uğurlu olması yaxşıdır. İndi bu nəticələrin ardını gətirmək lazımdır.
- Çempionatın liderisiz və növbəti mövsüm üçün Premyer Liqaya yüksəlməyə əsas namizədlərdən hesab olunursunuz. Komandanızın yüksək liqaya yüksəlməsini nə əngəlləyə bilər?
- Hər hansı maneə ilə qarşılaşmamaq üçün əlimizdən gələni edirik. Komandada bütün yaş qrupları üzrə kollektivlər formalaşdırılıb. Artıq 19 yaşlılardan ibarət komandamız da mövcuddur. Çünki 17 yaşdan sonra bir çox futbolçular gözdən itirdi. Bilisiniz ki, Tovuzda daim istedadlı gənclər olub. Onların itməməsi üçün 19 yaşlılardan ibarət komandanı da yaratdıq ki, çempionatda oynasın. İmkanımız olsa, daha bir yaş qrupu üzrə də komanda formalaşdırardıq. Premyer Liqaya vəsiqə qazansaq, əvəzedici heyəti də yaradacağıq. Mərhələ-mərhələ futbolçu yetişdirmək daha yaxşıdır. Güclülər dəstəsini çıxmağı çox istəyirik.
- İstəyinizə çatsanız, maliyyə artımı gözlənilirmi?
- Bu barədə mən heç nəyə bilmərəm. Maliyyə məsələləri ilə klub rəhbərliyi məşğul our. Sırf futbolla bağlı danışa bilərəm.
- Hər halda, baş məşqçi kimi klubun gələcək taleyi sizi də maraqlandırmalıdır.
- Mən əsasən komandanın oyunu, heyətdəki çatışmazlıqlarla bağlı fikir bildirirəm. Maliyyə ilə bağlı Premyer Liqaya çıxdıqdan sonra daha dəqiq danışmaq olar.
- Belə çıxır ki, I divizionda çempion olsa belə, “Turan Tovuz”un növbəti mövsümdə Premyer Liqada oynayacağı dəqiq deyil?
- Biz çox ümidliyik. Birinci yeri tutacağımız halda, Premyer Liqada iştirak edəcəyimizə inanırıq. Tovuz rəhbərliyi də komanda ilə yaxından maraqlanır. İcra başçısı Tofiq Zeynalov hətta komandanın bəzən məşqlərində də iştirak edir, çox istəklidir. Tofiq müəllim də komandanı güclülər dəstəsində görmək istəyir.
- Komanda üçün yaradılan hazırkı şərait sizi qane edir?
- Hazırda hər şey qaydasındadır. Məşq, qidalanma və digər məsələlərlə bağlı heç bir çətinliyimiz yoxdur.
- Hazırda I divizionda Premyer Liqaya yüksəlmək uğrunda əsas rəqibləriniz hansı komandalardı?
- Mən rəqibləri reytinqə bölmürəm. Amma 5-6 komanda var ki, onların da birinci yer uğrunda mübarizə apardıqlarına şübhəm yoxdur.
- Son vaxtlar süni meydanlar məsələsi geniş müzakirə olunur. Hazırda Tovuz stadionunun da qazonu təbii deyil. Komanda Premyer Liqaya yüksələcəyi halda, qazonun dəyişdirilməsi mümkündürmü?
- Hazırda bu məsələ gündəmdə deyil. Lakin AFFA-dan göstəriş olsa, etməliyik.
- Kubokda da mübarizəni davam etdirirsiz. “Turan Tovuz”un gücü daha bir mərhələ adlamağa imkan verir?
- Mənim üçün komandamın gücünü bilmək maraqlıdır. 2 cəbhədə döyüşmək bizim üçün çətindir. 1/16 finalda qələbə qazandıq. Növbəti rəqibimiz “Zirə”dir. “Zirə” yaxşı komandadır. Onlarla gücümüzü sınamaq istəyirik.
- Yəni, “Turan Tovuz”un əsl gücü “Zirə” ilə oyunda bilinəcək?
- Bəli. Futbolçularımın gücünə həmin oyunda baxmaq istəyirəm.
- Komandanızın heyətində Nodar Məmmədov, Orxan Lalayev, Vüsal Qarayev kimi Premyer Liqa təcrübəsi olan futbolçular var. Qışda komandaya məhz belə futbolçuların cəlb olunması nəzərdə tutulub?
- Yəqin ki olacaq. Üstəlik, yanvarda I divizionda limit dəyişikliyi olmalıdır. Nəzərimizdə hazırda bir neçə oyunçu var. Qış fasiləsində onları heyətə qatmağa çalışacağıq.
Söhbətləşdi: İBRAHİM
“Layihə AFFA yanında media komitəsi tərəfindən maliyyələşdirilir”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
19:14
Klisman: “Bu qol bütün komandanın əziyyətinin bəhrəsidir”
-
19:00
Vernidub: “Belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamamalıyıq”
-
18:28
“Neftçi” "İmişli"ni məğkub etdi
-
17:32
Yakiroviç ayın ən yaxşısı seçildi
-
16:55
Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
16:27
Gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar
-
16:03
"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
-
15:46
“İmişli” - “Neftçi”: Heyətlər açıqlandı
-
15:19
"Karvan-Yevlax" klubu ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşıb
-
14:51
“Şəfa” cəzadan yayındı, AFFA 5 min manat itirdi
-
14:24
Xames Rodriges bu kluba keçdi
-
14:00
Çempionlar Liqası: Minifutbol klublarımızın rəqibləri bilindi
-
13:32
Hamidu Keytanın yeni klubu məlum oldu
-
13:13
Boks millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
-
21:00
Yankoviç “Turan Tovuz”da
-
20:41
“Zirə”də mərakeşli müdafiəçi
-
19:08
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
18:35
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
-
17:54
"Kəpəz"in müdafiəçisi 6 həftəlik sıradan çıxdı
-
17:26
"Mançester Yunayted" yubiley oyununa çıxır
-
16:47
Füzuli Məmmədov komandasının liderliyini şərh etdi: “Bu qələbələr bizi arxayınlaşdırmamalıdır”
-
15:13
Georgi Kondruseviç "Naxçıvan"ın baş məşqçisi təyin edilib
-
14:59
Rəşad Nəbiyev yeniyetmə və gənc cüdoçularla görüşüb
-
14:32
Renat Dadaşov: "Bukovina"nın təklifi və baş məşqçinin yanaşması məni razı saldı"
-
14:00
AFFA-dan hakimləri təhqir edən futbolçuta 4 oyunluq cəza
-
13:21
"Neftçi" serbiyalı legionerlə müqavilə bağlayıb
-
12:48
Şahin Bağırov Samuxda yeniyetmə voleybolçularla görüşüb
-
12:05
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
11:34
Azərbaycan millisinin üzvü “Murov Az Terminal”a keçib
-
11:17
Dadaşov Ukrayna klubunda
-
10:56
“Barselona” “Feyenoord”u darmadağın etdi VİDEO
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Zubir yeni klubu ilə müqavilə bağladı
-
10:09
Ronaldo 979-a çatdı
-
09:51
"Qalatasaray" ÇL-ə məğlubiyyətlə başladı VİDEO
-
09:30
Şeydayevin komandası kubokla vidalaşdı
-
19:29
"Şahdağ Qusar" daha bir iddialı rəqibini məğlub etdi
-
18:42
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
18:13
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
-
18:01
Maykl Karrik “Sabah”la oyundan danışdı
11.09.2026
10.09.2026
09.09.2026





















.jpg)


