20 Oktyabr 2025, Bazar ertəsi
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: “Tez buraxsaz, gedib “Qəbələ”nin oyununa baxacağam”

“Çox vacib qələbə qazandıq. “Fiorentina” məğlubiyyətindən sonra üərimizdə stress çox idi. Futbolçular sonadək mübarizə apardılar. Hər birindən razı qaldım. “Qəbələ”yə də uğurlar arzu edirəm. Tez buraxsaz, gedib onların oyununa baxacağam”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov PAOK-la oyundan sonra (2:0) deyib.

Təcrübəli mütəxəssis 5 gün əvvəl rəqibin oyununu canlı olaraq stadiondan izlədiyini qeyd edib: “İlk hissədə rəqib futbolçular bizim oyunçulara qarşı çox sıx oynayırdılar. Buna görə oyunumuz istədiyimiz kimi alınmırdı. Əvvəlcədən tapşırmışdım ki, səhvlərimiz az olsun. Bunu daha əvvəl deməmişdim. Mən 5 gün əvvəl PAOK-un oyununu Yunanıstanda canlı izləmişdim. Çox yaxşı komanda olduqlarını bilirdim. Rəqibi yaxşı analiz etmişdik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31