2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Ölkə futbolu

Ansi Aqolli: “Bu oyun finala bərabər idi” (MÜSAHİBƏ)

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli PAOK-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- 2:0 hesablı qələbəni necə şərh edərdin?

- Oyun çox çətin keçdi. Rəqib güclü komandadır. PAOK-un gücünə bələdəm. 3 xal qazandığımız üçün şadam. Qarşıda bu komanda ilə daha bir oyunmuz var. İndi bütün diqqətimiz həmin oyuna yönəltməliyik.

- “Qarabağ” hansı cəhətinə görə rəqibi üstələdi?

- Rəqidən daha yaxşı oynadıq. İlk dəqiqələrdən matça ciddi yanaşdıq. Motivasiya yüksək idi. Bu oyun bizim üçün finala bərabər idi. Çünki mütləq 3 xal qazanmalıydıq.

- İkinci hissədə PAOK yoruldu, yoxsa “Qarabağ” onları buna məcbur etdi?

- 1:0-dan sonra daha açıq oyun getdi. Bizim üçün boş sahələr yaranırdı. Bundan faydanandıq və ikinci qolu vurduq

- Oyunun qəhrəmanı kimdir?

- Bütün komanda.

- İkinci görüşlə bağlı fikirlərin necədir?

- PAOK bizdən çəkinməyəcək. Onların da yaxşı şansları var. İkinci oyun bizim üçün çox çətin alınacaq.

- Demək olar ki, həmin oyun “Qarabağ” üçün daha vacibdi?

- Hər oyun vacibdi. Bugünkü matçda da vacib idi.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31