Ölkə futbolu
Qriqorçuk: “Cavidin yoxluğunu çox hiss etmişdik” (MÜSAHİBƏ)
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi
- “Sent-Etyen”lə oyuna hazırsız?
- Oyuna adi qaydada hazırlaşırıq. Bəzi zədəli futbolçularımız var. Bu bir az işimizi çətinləşdirir. Həmin oyunçuların yerinə başqaları oynayacaq və bu o futbolçular üçün şans olacaq. Özlərini yaxşı tərəfdən göstərə bilərlər.
- Komandada zədələr olsa da, ab-havanın çox yaxşı olduğu görünür...
- Niyə zədəlilərə görə ab-hava korlanmalıdır? Hər meydana çıxan futbolçu üzərində işləməlidir. Onlar özlərini yaxşı göstərmək üçün məşqlərdə artırmalıdırlar. Hamı işinə peşəkar yanaşmalıdır. Bu vacib məsələdir.
- “Sent-Etyen”i necə udmaq olar?
- Rəqibin oyunlarına baxmışam. Bu gün və sabah onları futbolçularımla tanış edəcəm. Zəif və çatışmayan cəhətlərini oyunçularıma deyəcəm ki, hazır olsunlar. Amma biz futbol baxışlarımızdan kənara çıxmayacağıq. Siz görməyəcəksiniz ki, biz öz cərimə meydançamızda dayanıb ordan kənara çıxmırıq. Öz futbolumuzu oynayacağıq. Baxmayaraq ki, bu yaxşı nəticə üçün bizə qarantiya vermir. Biz hücuma atılacağıq, əks-hücumlara bel bağlamayacağıq.
- Geriyə baxanda “kaş qrup mərhələsi başlayandan zədəli futbolçularımız olmazdı” deyirsiz?
- Təxmini nəsə düşünmək olmur. Biz bilmirik ki, onlar oynasaydı, nəticələr necə olacaqdı. Ümumi götürsək, həmin futbolçular olsaydı, fərqli olardı. Çünki onların əksəriyyəti mərkəz oyunçularıdır, dayaq yarımmüdafiəçiləridir. Hansı ki, bu futbolçular oyunumuzun qurulmasında böyük rola sahibdir. Əlbəttə ki, onların oynamaması narahatlıq yaradır. Ola bilər ki, “Sent-Etyen”ə qarşı fərqli versiya görə bilərsiz. Zədəlilərin olması bizi yeni variantlar fikirləşməyə məcbur edir. Müxtəlif cəbhələrdə oynayan komandaların heyəti tam komplektləşməlidir. Amma bizdə bu belə deyil.
- Bizə ilk “11-liy”i açıqlaya bilərsiz? Millimizin baş məşqçisi Robert Prosineçki bizi belə öyrəşdirib...
- Bu Prosineçkinin işidir. Mənim isə öz yanaşmam var. Oyun günü səhər heyəti müəyyənləşdirəcəm.
- Səfərə iki gün öncə yollanırsız. Amma həmişə bir gün qabaq gedirdiniz. Bunun hər hansı xüsusi səbəbi var?
- Yox, xüsusi bir səbəb yoxdur. Sadəcə Fransa burdan çox uzaqdır. Yorğunluq olmasın deyə iki gün öncə gedirik.
- Avropa Liqasının 3-cü təsnifat mərhələsində digər Fransa klubu “Lill”i devirdiyinizə görə fransızlar “Qəbələ”dən çəkinməlidir?
- Fransızların bizdən qorxması və çəkinməsi kimi sözlər xoş olardı. Düşünürəm ki, biz Azərbaycan və Fransa çempionatını müqayisə edə bilmərik. Həmçinin Almaniya və Belçika liqaları çox güclüdür. Onların səviyyəsinə çatmağımıza çox var.
- Cavid Hüseynovun qayıtması komandaya nə qədər müsbət təsir edib? Sabiq kapitanın geri dönməsi “Sent-Etyen”lə oyundakı motivasiyanıza kömək edəcək?
- Cavidin qayıtması çox sevindirici haldır. Onun bizimlə olması da əladır. Çünki Cavid Azərbaycanda ən yaxşı futbolçulardan biridir. Düşünürəm ki, o, əvvəlki formasını yığsa, “Qəbələ” çox güclü olacaq. Necə ki, biz Cavidi itirərkən onun yoxluğunu çox hiss etmişdik.
- Onun fiziki forması ümidli gələcək vəd edirmi?
- Bu barədə nəsə deyə bilmərəm. Çünki hazırda o heyətdə deyil. Məşqlərə qatılandan sonra onun fiziki forması haqqında danışmaq mümkündür. Emosional vəziyyətə gəlincə, onun anadangəlmə olan istedadı imkan yaradacaq ki, Cavid tezliklə heyətə qoşulsun.
Mənbə: qafqazinfo.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
20:21
İdman jurnalisti “Sheki Open 2026”nın qalibi oldu
-
20:00
Azərbaycan teleməkanında ilk
-
19:19
Renaldo Sefas rəsmən “Qarabağ”da
-
18:52
AFFA onların şikayətini təmin etdi
-
18:33
"Səbail" sabiq futbolçusunu geri qaytardı
-
17:45
Bakıda məşqçilər üçün seminar keçirilib
-
17:27
“Araz-Naxçıvan”ı Küveyt klubuna dəyişdi
-
17:06
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
-
16:18
Dimarko ilə yeni müqavilə imzalanır
-
15:54
Qran-pri: Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
15:30
Rövşən Nəcəf: "Dünya çempionatı üçün Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"
-
14:41
“Neftçi” Slovakiya millisinin hücumçusunu transfer edir
-
13:29
Hidayət Heydərov çəkisini dəyişdi
-
13:12
“Araz-Naxçıvan” kapitanı ilə vidalaşdı
-
12:53
“Qəbələ” legioneri ilə müqaviləni uzatdı
-
12:35
Mərakeş - Haiti matçında 6 qol VİDEO
-
12:07
“Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
-
11:46
Rövlan "Araz-Naxçıvan"a keçdi
-
11:28
Mehdi Cənnətov “Səbail”də
-
11:14
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
-
11:00
FİFA yeni dünya çempionatını Azərbaycana həvalə etdi
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
DÇ-2026: İngiltərə millisi rekorda imza atıb
-
10:23
Braziliya Şotlandiyaya şans tanımadı VİDEO
-
10:02
DÇ-2026: 1/16 finalın ilk cütü müəyyənləşdi
-
09:45
İsveçrə Kanadaya qalib gəldi VİDEO
-
18:05
Azərbaycanı Praqada 15 cüdoçu təmsil edəcək
-
17:36
“Neftçi”dən üçüncü transfer
-
17:10
"Fənərbaxça" 18 yaşlı seneqallını transfer etdi
-
16:54
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
-
16:21
“Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
-
15:09
"Zirə"də növbəti ayrılıq
-
14:43
Samuel Lobato: “Arzularımdan biri “Qarabağ”la çempion olmaqdır”
-
14:12
Tahir Abdullayev: “UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm”
-
13:37
"Araz-Naxçıvan" kolumbiyalı yarımmüdafiəçi transfer etdi
-
12:55
“Öz ölkəmdə Azərbaycan bayrağını yüksəltmək böyük qürurdur”
-
12:26
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
-
12:00
PFL klublara 3 milyona yaxın ödəniş etdi
-
11:44
"Neftçi"dən ayrılıb sabiq klubuna qayıtdı
-
11:18
Qusarda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
10:51
İngiltərə Qananın müqavimətini qıra bilmədi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Ronaldo dubl etdi, Portuqaliya qalib gəldi VİDEO
-
10:02
“Şahdağ Qusar”dan növbəti transfer
-
09:47
"Qarabağ" Avstriya toplanışına start verib VİDEO
-
19:02
İspaniya klubunda yeni baş məşqçi
-
18:30
Qattuzonun yeni klubu açıqlandı
-
17:49
"Zirə" Tavareş Vieranı transfer etdi
-
17:14
Murad Məmədov: “Atama dedim ki, vaxt gələcək, belə klublarda oynayacağam”
-
16:26
Ayxan Hüseynov rəsmən “Zirə”də
25.06.2026
24.06.2026
23.06.2026
















.jpg)





