29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

PAOK-un sahibi: "Qarabağ"dan 6 xal alınmalıdı"

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-un Yunanıstan çempionatındakı son matçı klubun sahibi İvan Savvidisin ürəyincə olmayıb. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, Savvidis bunu futbolçularla görüşdə deyib.

O, Super Liqanın VII turunda “İraklis”lə matça toxunaraq, nəticədən narazılıq bildirib. Savvidis, xüsusən də, hücum xəttinin “dişsiz”liyindən gileylənib: “İraklis”lə oyunun fasiləsində hesab 4:0 olmalı idi. Amma biz cəmi 1:0 hesablı qələbə qazandıq. Saysız-hesabsız qol imkanlarından yararlana bilmədik. Bu problemi yoluna qoymaq lazımdı. Baş məşqçi bunun təhlilini aparıb, komandadakı çatışmazlığı aradan qaldırmalıdı”.

PAOK-un sahibi futbolçulara qarşıdakı oyunlarla bağlı tapşırıq da verib. Belə ki, o, Yunanıstan çempionatında “Olimpiakos” və AEK-lə görüşlərdə uğurlu nəticə, “Qarabağ”la iki oyunda isə 6 xal toplamağı komandanın qarşısına hədəf qoyub.

Qeyd edək ki, Avropa Liqasının III turu çərçivəsində oktyabrın 20-də “Qarabağ”ın qonağı olacaq PAOK noyabrın 3-də Ağdam təmsilçisini qəbul edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31