10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Darionun durumuna aydınlıq gəldi

Topaz Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununun sonunda zədələnən “Kəpəz”in futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib.

Futbolxeber.az saytının məlumatına görə, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtğı diaqnozu qoyulub. Bu isə o deməkdir ki, yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək.

Klubun tibb personalının kapazpfc.az saytına verdiyi məlumata görə, Frederiko yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.

Xatırladaq ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31