20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi"nin rəqibi son 3 oyununu uduzub

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Skenderbeu" Avstriyada təlim-məşq toplanışındadır. Futbolxeber.az-ın məlumatına görə, Albaniya çempionu bu müddətdə 2 yoxlama oyunu keçirib. İyunun 18-də Rusiyanın "Terek" klubu ilə qarşılaşan albanlar 0:2 hesabı ilə uduzublar. Qroznə təmsilçisinin qollarına Sadayev və Katsayev imza atıblar. İyunun 21-də isə "Skenderbeu" daha ağır yenilgi alıb. Belə ki, Ukrayna "Şaxtyor"u Albaniya çempionunu 7:0 hesabı ilə darmadağın edib. "Neftçi"nin rəqibinin qapısından qolları Alex Teixeira, Kosta, Patrik, Tayson, Bolbat (2 dəfə) və Maykon keçiriblər.

Son rəsmi matçını isə "Skenderbeu" mayın 11-də keçirib. Həmin gün komanda Albaniya çempionatının son turunda səfərdə "Kukeşi"yə 3:4 hesabı ilə yenilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30