19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Sezar Meza Kolli: “Neftçi” üzərində qələbəyə layiq idik”

“Zirə”nin hücumçusu Sezar Meza Kolli “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.   

- “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edə bilərsən?

- Matça ciddi hazırlaşmışdıq. Kompakt şəkildə, yaxşı oyandıq. Qələbəyə layiq idik.

- Görüşün gedişində sarı vərəqə aldığın epizodda sərt reaksiya nümayiş etdirdin. Bu, nədən irəli gəlirdi?

- Oyunun temperamentindən asılı olan haldır. Bəzən hirsli olursan və əsəbi şəkildə reaksiya verirsən. Bu, normaldır.

- “Neftçi”nin çıxışını necə dəyərləndirə bilərsən?

- Heç nə deyə bilmərəm. Bu gün onlardan daha yaxşı oynadıq. Həftəlik məşqlərimizin bəhrəsini gördük. Komandamızda məşqçi işi özünü göstərdi.

- Ümumiyyətlə, cari mövsümdə “Zirə”nin hədəfi nədir?

- Məqsədimiz oyundan oyuna qələbə qazanmaqdır. Bu gün 3 xala sahib çıxdıq. Artıq növbəti görüşü düşünməliyik.

- Bu mövsüm “Zirə”ni avrokuboklarda görə biləcəyik?

- Komanda çalışır ki, hər oyunda qalib gəlsin. Meydana hər dəfə qələbə əzmi ilə çıxırıq.

- “Üçlüy”ə düşmək mümkün olacaq?

- Bunu zaman göstərəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30