29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin ancaq forması qalıb"

Azərbaycan Premyer Liqasının 8-ci turunda "Zirə"yə səfərdə 0:2 hesabı ilə məğlub odluqları oyundan sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, öncə matç haqda danışan mütəxəssis meydan sahiblərinin layiqli qələbə qazandığını bildirib: "Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizdən üstün futbol sərgilədilər. Müdafiədə kobud səhvlərə yol verdik. Fasilədən dərhal sonra qırmızı vərəqə almağımız oyun sistemimizi tam pozdu.

- Yaranmış vəziyyətdə çıxış yolunu nədə görürsünüz?

- Özünüz də görürsünüz ki, müdafiə xətti hər oyunda 1-2 hədiyyə edir. Rail gəncdir, ancaq necə ola bilər ki, mərkəz müdafiəçisi rəqibi aldatmağa cəhd etsin və sonra qayda pozsun?!

- Müdafiə xəttinin bərbad oynadığını qeyd etdiniz. Amma rəqib qapısına 90 dəqiqə ərzində bir zərbə belə endirmədiniz. Bu heyəti başdan-ayağa dəyişməyə zərurət yoxdurmu?

 - Əlimizdə olan budur. Kimisə komandadan kənarlaşdıranda, yerinə kimisə götürməlisən. İndisə bu, qadağandır. Heç kimi qovmaq fikrim yoxdur. Razıyam ki, bizdə "Neftçi"nin ancaq forması qalıb, başqa heç nəyimiz yoxdur.

- Qarşıda daha çətin 3 oyun var: "Qarabağ", "Qəbələ" və "İnter". Bu görüşlərdə nəyə ümid edirsiniz?

- Əlbəttə, bu komandaların hər biri "Neftçi"dən xeyli güclüdür. Nəinki "Neftçi"dən, hətta "Zirə"dən də. Ancaq işimizi davam etdirməliyik, daha əzmlə məşq etməliyik (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31