20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Mahir Şükürov: “İndiki “Neftçi”də güclü legionerlər yoxdur”

Yenidən futbola qayıdan, “Neftçi” ilə rəsmi müqavilə imzalayan Mahir Şükürov Futbolxeber.az saytına müsahibə verib.

- Futbola, “Neftçi”yə qayıtdın. Hazırda meydana çıxmağa nə dərəcədə hazırsan?

- “Neftçi”də olmağım sevindirici haldır. Səylə çalışıram ki, komandaya faydalı olum. Gündə 2, bəzən 3 dəfə məşq edirəm. Məşqçilər də əllərindən gələni edirlər ki, tez formaya düşüm.

- Özündə irəliləyiş hiss edirsən?

- Hazırda 100 faiz demirəm, amma 50-60 faiz meydana çıxmaq üçün hazıram. Əlimdən gələni edirəm ki, daha yaxşı formaya düşüm.

- “Neftçi”nin hazırkı vəziyyətini necə şərh edə bilərsən?

- Hazırkı komandada güclü legionerlər yoxdur. Ehtiyat oyunçular skamyası geniş deyil. Bunun üzərində iş gedir. Klub rəhbərliyi, məşqçilər korpusu çalışırlar ki tezliklə vəziyyət düzəlsin. Dekabrdan sonra komandanı gücləndirmək üçün iş gedir. Bu gün “Zirə” ilə oyunda da komanda qələbə qazanmaq istəyirdi. Lakin alınmadı. Trasferlərə ehtiyac var. 1-2 nəfəri çıxmaq şərti ilə legionerlər güclü deyillər.

- Bu gedişlə “Neftçi” cari mövsümdə nəyə ümid edə bilər?

- “Neftçi”nin məqsədi Avroliqaya düşməkdir. İnanıram ki, komanda sona qədər bu məqsədə çatmaq üçün mübarizə aparacaq.

- Milli komandamız DÇ-2018-in seçmə mərhələsinə uğurla start verib. Yığmadan belə çıxış gözləyirdin?

- Norveç udulmalı komandadır. Neçə ildir əlimizdən qaçır. Lakin bu dəfə yığmamız qələbə qazandı. Hazırda 7 xalımız var. Qrupdakı əsas rəqiblərimiz Şimali İrlandiya və Almaniyadır. Təbii ki, Almaniya yığması çox güclüdür. Amma evdə azarkeşlərin dəstəyi ilə bu komandaya qarşı da mübarizə aparmaq olar.

- Azərbaycan millisi bu qrupu neçənci yerdə bitirə bilər?

- İkinci yeri tuta bilərik. Niyə də olmasın? İnanıram ki, yığmamız ikinci, ən pis halda üçüncü olacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30