18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Nizami Hacıyev: “Heç kim deyə bilməz ki, “Qəbələ” çempiondu”

"İnter"in yarımmüdafiəçisi Nizami Hacıyev Topaz Premyer Liqasının VIII turunda evdə "Qəbələ" ilə görüşdən (1:1) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “İnter” bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- İki xal itirdik. 1 xal qazandığımızı deyə bilmərəm. Yaxşı oynadıq. Təəssüf ki, qol vurduqdan sonra müdafiəyə oturduq. Elə bu da cavab qolunu buraxmağımıza səbəb oldu. Ümumi götürsək, pis təsir bağışlamadıq.

- “Qəbələ” hesabı bərabərləşdirdikdən sonra yenidən fəallaşsanız da, ikinci dəfə fərqlənmək mümkün olmadı...

- Sanki bu, bizim qanımıza işləyib. Qapımızdan qol buraxandan sonra özümüzə gəlirik. Müdafiəyə tez oturmamalıyıq. İkinci hissənin əvvəlində qol vurduq, tez də geri çəkildik. Gərək, belə eləməyək.

- “İnter” cari mövsüm ölkə çempionatında "Qəbələ"yə qol vuran ilk komanda oldu. Buna görə sevinirsiz?

- "Qəbələ" bu gün bizdən nəinki beş, heç bir baş da güclü deyildi. Yaxşı komandadırlar, Avropada Azərbaycanı layiqincə təmsil edirlər. Lakin biz bu gün öz oyunumuzu göstərə bilirik. Baxmayaraq ki, "Qəbələ" turnir cədvəlində bizdən 4 xal irəlidədi, hələ heç nə bitməyib. Heç kim deyə bilməz ki, "Qəbələ" çempiondu, yaxud da başqa bir komanda. Çempionat uzundu və əlimizdən gələni edib, öz yerimizi tutacağıq.

- İlk hissədə Tez-tez hakimə, komanda yoldaşlarına narazılıq bildirirdin. Problem nə idi?

- Bilmirəm nədən idi, ilk 15 dəqiqədə ayaqlarım tutulmuşdu. Sonradan özümə gəldim. Bir az yorğunçuluq var idi. Öz üzərimizdə bundan da yaxşı işləməliyik.

- “İnter”in ardıcıl üçüncü ev oyununda xal itirməsi nədən irəli gəlir?

- Bu, sindrom deyil. Sadəcə, təsadüfən üst-üstə düşən nəticələrdi. "Zirə" burada qolu bizə son dəqiqədə vurdu, indi də belə...

- Hər dəfə qələbə qazanmağa nəsə mane olur...

- Qol vurduğumuz hər oyunda müdafiəyə tez otururuq. Bunu aradan qaldırmaq lazımdı. Ən böyük çatışmazlığımız budur. Hər oyunda qol vururuq. İstədiyimiz komandaya öz gücümüzü bu cür göstərə bilirik. Çatışmazlıq ancaq tez müdafiəyə çəkilməyimizdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30