23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Asif Məmmədov: “Ədalətli nəticə elə 1:1 idi”

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov "İnter"lə oyundan (1:1) sonra Futbolxeber.az saytına müsahibə verib.

- Qarşılaşma barədə nə deyə bilərsən?

- Oyun çətin keçdi. Hesabda geri düşsək də, sonradan bərabərlik qolunu vura bildik. Qəbələdə necə meydançada çıxış etdiyimizi bilirsiniz. Burada meydanın vəziyyəti həqiqətən çox pis idi. Bir neçə oyunçumuz da zədələndi. Qazonun vəziyyəti yaxşı olsaydı, nəticə başqa cür olardı.

- Deyəsən, sən də zədələnmisən...

- Ciddi bir şey yoxdur. Ayağıma yüngül zərbə dəydi.

- Bu oyunda “Qəbələ” mövsümdə ilk dəfə olaraq qapısında qol gördü...

- Nə vaxtsa qol buraxmalı idik. Qismət bu günə imiş.

- “Qəbələ” bu mövsüm ikinci oyunda da “İnter”i məğlub edə bilmədi. Nəyə görə “Qəbələ”nin bu komandaya qarşı oyunu çətin alınır?

- Birinci matçda yaxşı oynamışdıq. Penaltidən yararlana bilməmişdik. Bu gün də pis çıxış etmədik, xüsusilə də ikinci hissədə. Ancaq alınmadı, səfərdə 1 xal da pis deyil.

- “İnter”in daha yaxşı oynaması fikri ilə razısan?

- Mən elə deməzdim. Fikrimcə, başa-baş oyun getdi, ədalətli nəticə elə 1:1 idi.

- “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev də komandasının daha yaxşı oynadığını iddia edir...

- Bu, Nizaminin fikridir. Hər iki komandanın qol imkanları oldu. Yenə deyirəm, fikrimcə ədalətli nəticə idi.

- “Qəbələ” bu gün 2 xalla yanaşı, iki aparıcı oyunçusunu da itirdi...

- Düşünürəm ki, bu cür meydançalar olmasa, daha yaxşıdır. Bu, futbol adına çox təhlükəlidir. Özüm də bu meydanda çıxış etmişəm. 8 il çıxış etmişəm burada, demək olar ki, hər iki aydan bir zədələnirdim. Şükür ki, "Qəbələ"də belə bir şey yoxdur. Çünki təbii meydançadır.

- Avroliqada növbəti oyunu “Sent Etyen”ə qarşı keçirəcək. Çətin səfər matçından nə gözləyirsən?

- Artıq sabahdan etibarən bu oyun haqqında düşünəcəyik. Hələ ki, rəqibin heç bir oyununa baxmamışıq.

- Son vaxtlar formanda yüksəliş hiss olunur. Milliyə dəvət gözləyirdin?

- Əlbəttə ki, gözləyirdim. Hər bir futbolçu kimi mən də həmişə millidə çıxış etmək istəyirəm. Dəvət də gəlməyəndə, məyus oldum.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30