24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qriqorçuk meydandan şikayətləndi: “Sanki parketdə mini futbol oynayırdıq”

“Komandamdan razı qala bilmərəm. Çünki qalib gəlmədik. Buna görə də oyundan razı deyiləm. Daha yaxşı oynaya bilərik. Bu cür meydanda bizim üçün oynamaq çətindir. Bu, ciddi problemdir. “Sent Etyen”lə oyundan öncə 2 futbolçumuz zədələndi. Bu meydanda ümumiyyətlə ot yoxdur. Qazon süni ola bilər. Amma Keyfiyyət fərqi var”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”lə oyundan (1:1) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Asif Məmmədovun çıxışı ilə bağlı sualı belə cavablandırıb: “Tək Asif yox, hər hücumameyilli futbolçumuz rəqibi keçməli, rəqib qapısına zərbə endirməli, komanda yoldaşına ötürmə verməlidir. Hər kəs bu işi keyfiyyətli şəkildə yerinə yetirməlidir. Lakin bu cür meydanda uzun ötürmə vermək olmur. Sanki parketdə mini futbol oynayırdıq”.

Qriqorçuk zədə alan Rəşad Sadıqov və Baqali Dabonun durumundan da söz açıb: “Həkimdən də soruşmamış deyə bilərəm. Hər iki futbolçu ən azı 2 həftə meydana çıxa bilməyəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30