18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“İnter” - “Qəbələ”: statistika nə deyir?

Topaz Premyer Liqasının II dövrəsinə səfərdə start verəcək “Qəbələ” VIII turda “İnter”in qonağı olacaq.

Futbolxeber.az saytının məlumatına görə, Bakıda baş tutacaq qarşılaşma rəqiblər arasında 36-cı görüş kimi tarixə düşəcək.

İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandaların oyunlarında 8 dəfə “qırmızı-qaralar”, 15 dəfə paytaxt təmsilçisi qalib gəlib. Digər 12 matçda heç-heçə qeydə alınıb. 77 qolun vurulduğu əvvəlki 35 dueldə bakılılar 49, “Qəbələ” 28 dəfə rəqib qapısına yol tapıb.

Bu 35 matçdan 33-ü Premyer Liqa, 2-si Azərbaycan kubokunda baş tutub. Çempionatda 7 qələbə qazanan “Qəbələ” 12 heç-heçə edib və 14 dəfə uduzub. Vurulan 70 qoldan 26-sı “Qəbələ”nin futbolçularının, 34-ü rəqiblərinin hesabındadır. Kubokda komandalar hərəyə 1 dəfə üstün olsa da, top fərqində “İnter” öndədir - 5:2.

Bakıda keçiriləcək 18-ci duelə qədər 3 dəfə səfərdən qələbəylə dönən “Qəbələ” 4 heç-heçə edib. 10 matçda meydan sahibləri seviniblər. 12 qol vuran “qırmızı-qaralar” 32 top buraxıb. “Qəbələ” evdəki 18 qarşılaşmada 5 dəfə qələbə əldə edib. Eyni sayda məğlubiyyəti olan “Qəbələ” 8 dəfə bərabərliklə kifayətlənib. Top fərqində “İnter” minimal üstünlüyə malikdir - 17:16. Ümumilikdə isə “Qəbələ” son 4 oyunda uduzmayıb. Bundan başqa, son 3 dueldə “qırmızı-qaralar” qapısını toxunulmaz saxlayıb.

2006/2007 mövsümü

05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0

12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0

2007/2008 mövsümü

02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

2008/2009 mövsümü

30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0

06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0

2009/2010 mövsümü

26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2

24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1

2010/2011 mövsümü

19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1

13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

2011/2012 mövsümü

23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1

11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1

22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

2012/2013 mövsümü

10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0

17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2

19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0

2013/2014 mövsümü

11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2

19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4

12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0

2014/2015 mövsümü

10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0

21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2

16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

2015/2016 mövsümü

12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1

09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1

07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1

03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0

2016/2017 mövsümü

12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30