19 Iyun 2019, Çərşənbə
Rəşad Sadıqov püşkü dəyərləndirdi
“Speranta” adi komanda deyil”
Qurbanov: "Ciddi rəqiblə qarşılaşacağıq"
"Sabah"dan dördüncü transfer

Ölkə futbolu

“Azərbaycanlılar artıq indidən DÇ-2018 üçün bilet bron edirlər”

"Biz 3 oyundan 7 xal qazanmışıq və Norveç və Çexiya kimi güclü komandalarla matçda qapıçımızdan qol buraxmamışıq.Buna görə də xoşbəxtik".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə oyunlardan sonra bir az istirahət etmək üçün  Xorvatiyaya gedən mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində Azərbaycanda futbol coşqusunun olduğunu bildirib: "Mən təbii ki, eyforiyaya qapılmıram. Gələn ay keçiriləcək Şimali İrlandiya ilə oyunu düşünürük. İstəyirik ki, tarix yazmağa davam edək. Azərbaycanda insanlar artıq Rusiyadakı dünya çempionatı üçün bilet bron edirlər. Biz onlara milliyə olan inamı qaytardıq".

R.Prosineçki bildirib ki, futbolçularda da uğur qanazacaqları barədə özünəinam yaranıb: "Oyunçularım xüsusilə, Çexiya ilə görüşün ikinci hissəsində çox yaxşı oynadılar. Səfərdə bu yığma ilə heç-heçə etmək asan deyil. Biz çox razıyıq. Ancaq bu uğurlar birdən-birə gəlmədi. AVRO-2016-nın seçmə mərhələsi göstərdi ki, biz düzgün yoldayıq. Bu turnirdə biz Xorvatiya ilə heç-heçə etdik, Maltanı udduq. İtaliyaya uduzduğumuz görüşdə belə yaxşı oynadıq. Bu, 2 illik işin bəhrəsidir. Biz komandanın heyətini yenilədik, gənc oyunçuları yığmaya dəvət etdik. Məsələn, Namiq Ələsgərov, Ramil Şeydayev kimi gənc oyunçuları milliyə mən çağırdım. Bütün bunlar bu nəticələri əldə etməyimizə imkan yaratdı".

Xorvatiyalı mütəxəssis Azərbaycanda yaşadığını, ölkə çempionatının oyunlarını izləməyə çalışdığını vurğulayıb: "Bütün futbolçuları izləyirəm. Heç kəsi gözdən qaçırmaq istəmirəm. İşimi müvəffəqiyyətlə yerinə yetirmək üçün bu, ən düzgün yoldur. Futbolçularım gördülər ki, istənilən rəqibə qarşı oynaya bilərlər. Özlərinə inanmağa başladılar. Oyunçularım bacarıqlıdır. Onlar istənilən komandaya ciddi rəqib ola bilərlər. Biz birgə işdən zövq alırıq".

R.Prosineçinin fikrincə, ən çətin qruplardan birində mübarizə aparırlar: “Buna görə də heç nə deyə bilmərəm. Qarşıda uzun yol var. Biz çalışmalara davam etməliyik. Bu, sadəcə ilk addımdır. Hər növbəti oyun daha çətin olacaq. İndi rəqiblərimiz daha çox bizim haqda düşünəcəklər".

Prosineçki Şimali İrlandiya ilə oyunda rəqibin favorit olduğunu söyləyib: "Onlar AVRO-2016-nın finalında oynayıblar. Rəqbin bir çox oyunçusu İngiltərə klublarında çıxış edir. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. İstəyirik ki, bu "nağıl" davam etsin. Bu, çətin olacaq, ancaq mümkünsüz heç nə yoxdur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit