19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

UEFA rəsmiləri AFFA-da görüşlər keçirib

UEFA-nın Klubların Lisenziyalaşdırılması və və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir. Futbolxeber.az saytının məlumatına görə, bu gün Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Daha sonra Andrea Traverso, AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə “Neftçi” PFK, “Qəbələ” İK, “İnter” PİK və “Qarabağ” FK-nın rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.

Andrea Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30