25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Çexiya millisinin baş məşqçisi: “Prosineçkiyə hörmət edirəm”

DÇ-2018-in seçmə mərhələsində evdə millimizlə heç-heçə oynayan (0:0) Çexiya millisinin baş məşqçisi Karel Yarolim oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, çex mütəxəssis oyunla bağlı bunları deyib:

- Komanda qol vurmaq istəyirdi. Ancaq əfsuslar olsun ki, oyunçular son zərbəni vura bilmədilər. Özünüz də gördüz, rəqibin qapıçısı bir neçə epizodda komandasını real qoldan xilas etdi. Bunun üzərində işləyəcəyik. Növbəti oyunlarımızda qol fürsətlərindən daha yaxşı yararlanmağa çalışacağıq.

- Oyunun əvvəlindəki pressinqdən düzgün istifadə edə bilmədiyimizdən qələbə qazana bilmədik. Bununla razısız?

- Bəli, bununla tam razıyam. İlk 10 dəqiqədə qol vura bilsəydik, nəticə başqa cür olardı.

- Almaniya ilə oyundan sonra niyə bu qədər dəyişiklik etdiz?

- Oyundan öncə də demişdim, dəyişikliklər oyundan öncə müəyyənləşir. Komanda yeni qurulur. Buna görə, bu cür dəyişikliklər normaldı.

- Bilirəm, cavab vermək çətindi. Sizcə, nə etmək lazımdı ki, komanda qol vura bilsin?

- Sadəcə, inanmaq lazımdı. İnanmasaq, olmaz. Millidə iş klublardan fərqlidi. Klublarda hansısa problemi düzəltmək üçün vaxt olur. Ancaq millidə belə vaxt olmur. Ümid edirəm ki, oyunçular bu problemləri aradan qaldırmaq üçün öz üzərlərində işləyəcəklər.

- İki heç-heçə etmişik. Evdə qeydə alınan bu iki heç-heçəni də məğlubiyyətə bərabər saymaq olar. Sizcə, hələ də, DÇ-2018-ə qatılmaq şansımız var?

- Əvvəlcədən fikir bildirmək, münəccimlik etməklə aram yoxdu. Çalışacağıq ki, növbəti mərhələyə adlayaq.

- Oyunun ilk dəqiqələrindəki pressinqdən sonra oyunçuların yerini dəyişdiz. Bu, Şimali İrlandiya ilə oyunla bağlı idi?

- Bununla mən effektivliyi artırmaq istəyirdim.

- Siz hücum futbolu oynadan məşqçi kimi tanınmısız. İki oyundan sonra komandanızın qol vura bilməməsini nə ilə əsaslandıra bilərsiz?

- Nə deyim? Bu vəziyyətə sevinmirəm. Öz meydanımızda iki oyun oynasaq da, qələbə qazana bilmədik. Gələn oyunlarda bunun üzərində çalışacağıq.

- Dünənki mətbuat konfransında Prosineçkini məşqçi kimi tanımadığınızı demişdiz. Bu gün o, sizə özünü məşqçi kimi tanıda bildi?

- Burda yəqin ki, anlaşılmazlıq olub. Heç vaxt Prosineçkidə məşqçi kimi potensial olmadığını deməmişəm. Onunla təxminən eyni yaşlardayıq. Buna görə, onu daha çox futbolçu kimi tanıdığımı dedim. Ancaq onu məşqçi kimi də tanıyıram. Prosineçkiyə hörmət edirəm. Bilirəm ki, onun komandaları həmişə intizamlı olub. O ki qaldı, Prosineçkiylə bağlı fikirlərimə, yəqin, tərcümədə nə isə səhv olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30