25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Şahin Diniyev: “O, səhvini başa düşdü və üzr istədi”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız yoxlama oyununda “İnter”in əvəzedici heyətini 4:2 hesabı ilə məğub etdi. Görüşlə bağlı nə deyə bilərsiz?

- 4 gün fiziki cəhətdən hazırlıq keçdik. Komandada yorğunluq var idi. Bu da oyunda özünü biruzə verirdi. 5 günlük hazırlıq planını tamamlamaq üçün yoxlama görüşü vacib idi. Komanda 90 dəqiqə ərzində qarışıq heyətlə mübarizə apardı. Əsas heyəti müəyyənləşdirmək baxımından bu oyuna ehtiyacımız var idi. Hiss olunur ki, komandada 1-2 nöqtədə boşluqlar var. Çalışırıq ki, həmin çatışmazlıqları aradan qaldıraq. Maraqlı, bol qollu oyun oldu.

- “İnter”in əvəzedici heyətinin “Kəpəz”ə 2 qol vurması sizi narahat edir?

- Çox narahat edir. Müəyyən səhvlərə yol verdik və rəqib də bundan maksimum faydalandı. Müdafiədə fərqli oyunçular yer almışdı, qarışıq heyət idi. Bir tərəfdən də komandada yorğunluq var idi. Səhvlərimizi gördük. Çalışacağıq ki, çempionat oyunlarında bu səhvləri təkrarlamayaq.

- Növbəti çempionat oyununda əvvəlki matçlarla müqayisədə əsas heyətdə dəyişiklik etməyiniz mümkündür?

- Dəyişiklik olacaq. “Neftçi” ilə oyunla müqayisədə növbəti çempionat görüşündə bəzi mövqelərdə fərqli futbolçulara şans verəcəyəm. Ötən matçda bəzi futbolçular istəklərimə cavab vermədilər. Ona görə də dəyişiklik mütləq olmalıdır.

- “Neftçi” ilə oyundan sonra qeyd etmişdiniz ki, çempionatdakı fasilə ziyanımızadır. Komanda əsəbidir və gərginliyi aradan qaldırmaq üçün 1 qələbəyə ehtiyacımız var. Hazırda komandada vəziyyət necədir?

- Komandadakı əsəbilik “İnter”lə yoxlama görüşündə də görünürdü. Aydın məsələdir ki, çempionat oyunu tam başqadır. Motivasiya fərqli olur. Bu qələbə o qələbədən deyil. Yoxlama görüşündəki qələbə vəziyyəti ciddi ölçüdə dəyişmir. Həqiqətən də çempionat tez başlasaydı, bu gərginlikdən qurtulardıq. “Neftçi”yə qarşı yaxşı oynadıq. Çoxlu qol epizodumuz olsa da, şansları dəyərləndirə bilmədik. Əvəzində rəqib 2 qol vurdu ki, həmin epizodlarda uşaq səhvlərinə yol verdik.

- Ebahın meydana çıxmaması nə ilə əlaqədardır?

- O, özünü narahat hiss edirdi. Ona görə də oynamadı Hücumda Tural Qürbətova şans verdik. O da oynamalıdır.

- Ebah AZAL-la oyuna qədər hazır olacaq?

- Qızdırması var idi, başı ağrıyırdı. 2 gündən sonra hazır olacaq. AZAL-la matçda meydana çıxmasında heç bir problem olmayacaq.

- Renan Silvanı oyunun əvvəlində əvəzlədiniz. Lakin fasilədən sonra o, yenidən meydana qayıtdı. Gözlənilməz erkən əvəzləmə nə ilə bağlı idi?

- Oyunun əvvəlində 2 səhvlə yadda qaldı. Topa yox, oyunçuya oynadı. Bu isə hücumçuların cəld tərpənməsi, qaçması deməkdi. Mənim üçün komandada əsas nizam intizamdı. Bu baxımdan fasilədə onunla söhbətim oldu. Səhvini başa düşdü və üzr istədi. İkinci hissədə yenidən meydana daxil oldu. Bayaq dediyim kimi, komandada hələ də əsəbilik var. Vəziyyətin düzəlməsi üçün çempionatda bir qələbəyə ehtiyacımız var.

- Niyə məhz əvəzedici komanda ilə qarşılaşdınız. Rəqib tapa bilmədiniz, yoxsa özünüz nisbətən zəif komanda ilə görüşmək istədiniz?

- Rəqib tapa bilmədik. Bir neçə Premyer Liqa klubu ilə danışdıq. Lakiin alınmadı. “Qəbələ” ilə qarşılaşmaq istəyirdik. Onlar Bakıya gəlmədilər. Biz isə Qəbələyə yollana bilmədik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30