20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəsarət alan azarkeşin valideyninə AFFA-nın onlara dəstək olacağı haqda məlumat verilib”

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç matçı üçün Bakı Olimpiya Stadionuna gedən azarkeş Zahidov Nahid Hafiz oğlu körpünün arasındakı boşluğa yıxılıb, ölümcül xəsarət alıb.

Futbolxeber.az saytının məlumatına görə, Sabunçu Rayon 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilən xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisəyə AFFA-nın da reaksiya verdiyi haqda məlumat verilib. Assosiasiyanın baş həkimi Mahir Əliyev azarkeşə baş çəkib. Məlumatda o da bildirilirdi ki, AFFA azarkeşin bütün xəstəxana xərclərini qarşılamağı təklif edib.

Daha sonra Zahidovun dayısı İmran Şəbiyev açıqlama verərək, iddianı təkzib edib, belə bir təklifin edilmədiyini deyib.

Bununla bağlı AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlama verib: "Baş həkimimiz Mahir Əliyev hadisədən az sonra xəstənada olub, xəstənin atası ilə söhbətləşmiş, son durum haqda məlumat əldə edib. Əməliyyat xərclərinin dövlət tərəfindən qarşılanması haqda valideynə məlumat verilib. Bildirilib ki, əlavə nə xərc olarsa, bunu AFFA qarşılamağa hazırdır.

Daha donra dayısı və ya kimsə təkzib edirsə, bu haqda nəsə bildirməyin ciddiyyətə aidiyyatı yoxdur.

Baş həkimimiz xəstənin atasıyla sonuncu dəfə 3 saat əvvəl əlaqə saxlayıb. Atası xəstənin səhhətində irəliləyişin olduğunu deyib. Valideynə bir daha assosiasiyanın onlara dəstək olacağı haqda məlumat verilib".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30