20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elxan Məmmədov: “İnanıram ki, bu açıqlama futbolçularımızda qıcıq yaradıb"

“YAŞAR VAHABZADƏ GƏNCLƏR YIĞMASINI ÇALIŞDIRMAĞA TAM LAYİQDİR”

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2018-in seçmə mərhələsində Norveçə qarşı keçirilən oyundan (1:0) sonra Futbolxeber.az saytına müsahibə verib.

- Milli komandamız Norveç üzərində minimal hesablı qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Əsas odur ki, 3 xal qazandıq. Məqsədimiz Norveçlə oyundan xal götürmək idi. Komanda əzmkarlıq, cəsarət göstərdi. Yaxşı oyun nümayiş etdirdik. Baş məşqçi futbolçular qarşısında tapşırıq qoymuşdu ki, erkən qol vuraq. Buna da nail oduq. Qələbə münasibəti ilə hər kəsi təbrik edirəm

- Yığmaya dəstək olan azarkeşlər razı qaldınız?

- Təbii ki, azarkeşlərdən razı qaldıq. İlk dəqiqədən sona kimi fanatlar yığmaya dəstək oldular. Buna görə stadiona gələn hər bir azarkeşə xüsusi təşəkkür edirəm. Komandanı dəstəkləmək çox vacib amildir. 12-ci oyunçu öz işini lazımınca gördü. Bakıdakı növbəti oyunlarda daha çox azarkeş gözləyirik.

- Bu qələbəyə görə yığmaya veriləcək mükafatın məbləğini açıqlaya bilərsiniz?

- Oyundan sonra mükafatla bağlı müzakirə aparılmadı. Təbii ki, Norveç üzərindəki qələbəyə görə komandaya mükafat veriləcək. Milliyə gələn futbolçu mükafatı düşünmür. Yığmanın formasını geymək onun üçün fəxrdi. Sevindiciri haldır ki, hər kəs millinin adını layiqincə təmsil etmək üçün ürəyini meydanda qoyur.

- 2 oyundan sonra 6 xalımız var...

- Əla nəticədir. 2 oyunda 6 xal qazanmışıq və bu, çox yaxşıdır. İnanıram ki, xalların ardı gələcək.

- Çexiya millisinin baş məşqçisi açıqlamasında deyib ki, “Almaniyanı udmaq hər nə qədər çətindirsə, Azərbaycanı məğlub etmək bir o qədər asandır”. Bu açıqlama futbolçularımızın ardıcıl üçüncü qələbəsini qazanmağa nə dərəcədə kömək edəcək?

- İnanıram ki, bu açıqlama futbolçularımızda qıcıq yaradıb. İndi əsas olan emosiyaları unudub, növbəti oyuna hazırlaşmaqdır. Vaxtımız çox azdır. Bərpa dövrünü nəzərə almasaq, 2 görüş arasında cəmi 48 saat fərq var.

- U-21 millimiz seçmə mərhələnin son oyununda Finlandiya səfərindən xalla qayıtdı. Gənclər yığmamız 14 ildən sonra 9 xallıq rekordunu təkrarladı. Bu nəticə Yaşar Vahabzadənin vəzifəsində qalması üçün bəs edəcək?

- Yaşar Vahabzadə təcrübəli məşqçidir. Daha əvvəl də U-21-də köməkçi məşqçi kimi çalışıb. Bu tsikldən isə baş məşqçi postunu tutur. O, gənclər millisini çalışdırmağa layiqdir. Rekord xalın qazanıldığını nəzərə alaraq, Yaşar bəyin vəzifəsini davam etdirəcəyini söyləmək olar.

- Bu barədə yekun qərar nə vaxt açıqlanacaq?

- Bu məsələ ilə bağlı yekun qərarı İcraiyyə Komitəsi qəbul edəcək. Mən təkbaşına bu barədə nəsə deyə bilmərəm. İlin sonuna kimi İcraiyyə Komitəsi yekun qərarını açıqlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30