26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Azərbaycan yığmasının inkişafı göz önündədir”

“İlk növbədə Azərbaycan millisini təbrik edirəm. Onlar bu gün qələbə qazandılar”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsində millimizə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Hoqmo yenilginin səbəbini belə izah edib: “Təbii ki, bu nəticədən çox narazıyıq. Oyun ərzində şanslarımız olsa da dəyərləndirə bilmədik. Bu gün qol vura bilmədik. Futbolda isə qol vurmadan qələbə qazanmaq qeyri-mümkündür”.

Norveç yığmasının çalışdırıcısı Bakı Olimpiya Stadionunun qazonundan da söz açıb: “Meydançanın vəziyyəti yaxşı idi. Oyun ərzində asmalardan çox istifadə etsək də, istəyimizə çata bilmədik. Bu gün Bakıda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ötən seçmə mərhələdə Azərbaycan millisindən 4 xal almışdıq. Artıq növbəti görüşləri düşünməliyik”.

Hoqmo Azərbaycan yığması haqda da fikirlərini bölüşüb: “Biz hər zaman qələbə qazanmaq istəyirik. Azərbaycan yığmasının inkişafı göz önündədir. Ötən il milliniz Xorvatiyadan da almışdı, Norveçdən də. Azərbaycan millisi çox gözəl müdafiə olunurdu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30