17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Simurq" artıq Türkiyədədi

İyunun 17-dən bir araya gələn "Simurq" bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start vermək üçün səhər saatlarında Türkiyəyə yollanıb. Futbolxeber.az-ın məlumatına görə, buna qədər hazırlıqları Bakıda davam etdirən "Simurq", artıq qardaş ölkədədir və bu gün ilk məşqinə çıxıb.

Bakı vaxtı ilə 20:00-da Kartəpədə hazırlıqlara başlayan Georgi Çixradzenin yetirmələri iyulun 8-də ölkəyə qayıdacaq. Burada üç yoldaşlıq görüşündə gücünü sınayacaq Zaqatala təmsilçisinin heyətinə ilk təlim-məşq toplanışında iştirak etməyən də qoşulacaq. Həmçinin düşərgəyə baxış üçün dəvət edilmiş yeni futbolçularda növbəti günlərdə düşərgəyə təşrif buyuracaq.

Qeyd edək ki, komandanın Türkiyədəki hazırlıqlarındakı ilk rəqibidə artıq dəqiqləşib. Sarı-qaralar iyulun 30-da "Spartak-Nalçik"lə qarşılaşacaq. "Simurq" növbəti yoldaşılıq görüşlərini isə iyulun 3-də və 7-də keçirməyi planlaşdırır. Ancaq Georgi Çixradzenin növbəti rəqiblərinin kimlər olacağı hələ dəqiqləşməyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30