26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin düşərgəsində 3 yeni legioner

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Neftçi” heyətini gücləndirmək üçün addımlar atır. Futbolxeber.az saytının məlumatına görə, bu gün 3 əcnəbi futbolçu komandanın düşərgəsinə baxışa gəlib.

31 yaşlı serbiyalı qapıçı Boban Baykoviç "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının, eləcə də Çernoqoriya "Lovçen”inin və Belçika "Lyers”inin qapısını qoruyub.

Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs Latviyanın "Olimp” və "Skonto”, Ukraynanın "Sevastopol” və Polşanın "Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.

Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə "Qremio”nun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarının da şərəfini qoruyub (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30