23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ”dən 10 böyükhesablı qələbə

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının komandaları 14 oyun keçiriblər. Cəmi 3 matçda heç-heçəylə kifayətlənib, 11 qələbə qazanan “Qəbələ” təmsilçiləri 10 görüşdə böyük hesabla qalib gəlib.

U-19 Liqasının II turunda “Neftçi” İK İB ilə səfər oyununda 1 xal qazanan (1:1) “Qəbələ” III turda “Kəpəz”i qəbul edib. 4:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 3 oyundan sonra xal hesabını 7-yə çatdırıb. Öz meydanında “Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanan (4:1) “qırmızı-qaralar” 2 oyundan sonra 6 xalla liderlər qrupunda qərarlaşıb. “Qəbələ”nin U-16 komandası isə mövsümə heç-heçə ilə start verib. “Qəbələ” “Vətən”lə ev oyunundan 1 xalla ayrılıb - 1:1. İlk qarşılaşmasında “Mil”i qəbul edən U-15 “doğma divarlar” arasında qol yağışına sevinib - 9:0.

U-14 Liqanın Paytaxt regionunun Bakı zonasında çıxış edən “Qəbələ” “Vətən RİOEUG” üzərində qələbə qazanıb - 2:0. İki turdan sonra 6 xala malik “Qəbələ” liderlər qrupunda yer alıb. Eyni zonada çıxış edən U-13 II turda “Rəvan”la qarşılaşıb. 1:1 hesablı heç-heçəylə kifayətlənən “qırmızı-qaralar” ilk xalını əldə edib.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən “Qəbələ” U-12 komandası ilk turda Şəki UGİM-i ilə görüşüb. “Qəbələ” 18:0 hesabı ilə qələbə əldə edib. UGİM komandası isə Yevlaxın UGİM-i üzərində qələbə qazanıb - 6:1. Eyni zonda çıxış edən “Qəbələ”nin U-11 komandaları da böyükhesablı qələbə əldə edib. “Qəbələ” Qaxın ROİL-ini 9:0, UGİM isə Yevlaxın UGİM-ini 12:1 hesabı ilə üstələyib. U-10 Liqasında 3 komanda təmsil olunan “Qəbələ” akademiyasının təmsilçiləri də mövsümə böyükhesablı qələbələrlə start verib. “Qəbələ” “Balakən”i 8:0, UGİM isə “Daşqın”ı 9:1, “Gil” isə Şəkinin “Şorsu” komandasını 6:1 hesabı ilə yenib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30